
Büdcəli iPhone XC modelinin fotoları sızdırıldı
Elm & Texnologiya
11.09.2018
Emil
Artıq sabah Apple şirkəti öz yeni məhsullarının təqdimatını
keçirdəcək. Bugün isə məşhur insayder 6.1 inç ekrana shaib büdcəli iPhone
modelinin (iPhone 9, iPhone XC və ya iPhone Xr) bir neçə fotosunu paylaşıb. Təqdim
olunmuş fotolarda smartfonun arxa panelində yerləşən bir ədəd kameranın yeni
dizaynını və alüminiumdan hazırlanmış çərçivəni görmək olar. Bəzi modellərdə həmin
çərçivənin rəngi smartfonun korpus rəngində olacaq. Analitiklərin fikrincə bu,
3 model iPhone-dan daha irimiqyaslısı olacaq və 2019-cu ilin birinci yarısında
şirkətin smartfon satışlarının 70%-i məhz həmin modelin öhdəsinə düşəcək. Qeyd
etmək lazımdır ki, sabahki təqdimatda Apple həmçinin çox güman ki, Apple Watch
Series 4 smart saat modelini, yenilənmiş iPad Pro-nu və MacBook-u təqdim edəcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
