Büdcəli Nokia X7 (Nokia 7.1 Plus) smartfonu təqdim olundu

Büdcəli Nokia X7 (Nokia 7.1 Plus) smartfonu təqdim olundu

Texnologiya
16.10.2018 PAYLAŞIM

    Çində keçirilmiş təqdimat zamanı HMD Global şirkəti Nokia X7 adlı yeni smartfon modelini təqdim etdi. Sözügedən smartfon artıq ənənəvi olan ekran üzərində çıxıntı hissəyə və orta texniki göstəricilərdən bir qədər yüksək göstəricilərə sahibdir. Bu smartfon beynəlxalq bazarda Nokia 7.1 Plus adı ilə satışa çıxmalıdır. Beləliklə Nokia X7 2246x1080 piksel keyfiyyətli 6.18 inç IPS ekranla təchiz olunub və ekran HDR texnologiyasnı dəstəkləyir. Bundan əlavə olaraq smartfonun ekranı ön panelin 86.5%-ni əhatə edir və 2.5D qoruyucu şüşəsi ilə qorunur.


Bənzər xəbər


    Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD dəstəkli) və sürətli enerji yığma özəllikli 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nokia X7 barəsində əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon Zeiss markalı ikili arxa kamera ilə təchiz olunacaq. Bu məlumat təsdiqləndi. Beləliklə smartfon 12 MP (f/1.8 diafraqmalı, Dual Pixel sürətli avtofokuslayıcı və optik stabilizasiya dəstəkli) + 13 MP ikili arxa kamera ilə təchiz olunub. 13 MP-lik ikinci kamera əsasən Portret rejimində istifadə olunur və çəkilmiş fotoların arxa fonlarının bulanıq düşməsi üçün nəzərdə tutulub. Kameralar həmçinin süni zəka texnologiyasını və 4K rejimində çəkiliş özəlliyini də dəstəkləyirlər.


    Kameralarda olan süni zəka texnologiyası çəkiliş zamanı kadrda olan səhnələri təyin edərək onlara uyğun ən optimal çəkiliş rejimini avtomatik olaraq seçir. Smartfon həmçinin 20 MP-lik ön kameraya da sahibdir. Ön kamera isə həmçinin 4 pikseli bir araya toplayaraq yaxşı işıqlandırılmamış mühitlərdə yaxşı keyfiyyətli selfe fotoların əldə olunmasında yardımçı olur. Nokia X7 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışsa da, yaxın zamanda Android 9.0 Pie dəstəyini də əldə edəcək. Çin bazarında 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 245$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 290$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 360$ qiymətində satışa çıxacaq. Çində Nokia X7-nin satışlarına 23 Oktyabr tarixində start veriləcək. Onun Nokia 7.1 Plus adlı beynəlxalq versiyasının isə nə zaman təqdim olunacağı hələki bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×