Büdcəli OnePlus smartfonunun hazırlandığı rəsmi şəkildə təsdiqləndi

Büdcəli OnePlus smartfonunun hazırlandığı rəsmi şəkildə təsdiqləndi

Texnologiya
27.05.2020 PAYLAŞIM

    Uzun müddət ərzində internetdə məlumat gəzirdi ki, OnePlus şirkəti büdcəli smartfon seriyası üzərində çalışır. İndi isə şirkətin bahalı olmayan smartfonu satışa çıxardacağı rəsmi olaraq təsdiqləndi. Belə ki, bu məlumatı OnePlus şirkətinin CEO-su Pete Lau təsdiqləyb. Onun sözlərinə əsasən şirkət yaxın müddətdə öz smartfonlarının satış qiymətlərini endirmək üçün əlindən gələni edəcək.

    Bu barədə Androidauthority saytı xəbər verib. Yeni müsahibələrindən birində Pete Lau qeyd edib ki, OnePlus şirkəti bahalı olmayan smartfon modellərindən imtina etmək niyyətində deyil. Şirkət bu məsələdə əsasən Hindistan bazarına daxil olmağı nəzərdən keçirdir. Belə ki, Hindistan bazarında bahalı olmayan smartfonlara tələbat çox yüksəkdir.


    Pete Lau, şirkətin büdcəli smartfonu barəsində məlumat verməsə də çox güman ki, söhbət, hələ təqdim edilməmiş OnePlus Z modelindən gedir. Pete Lau öz müsahibəsində qeyd edib ki, istehlakçı büdcəli cihazların alınmasında maraqlıdır. Buna görə də şirkət bu cür cihazlar seqmentinə çox ciddi yanaşır. Qeyd etmək lazımdır ki, büdcəli OnePlus smartfonunun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəc..

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sis..


Azərbaycanda Medtech

Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedT..


Huawei öz əsas rəqibini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı o..

2018-ci ildə Huawei smartfon istehsalı məsələsində Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən..


Qualcomm şirkəti Snapdragon 865 Plus-ı təqdim edib: Adi Snapdragon 865-dən nə il..

Qualcomm öncədən heç bir anons etmədən Snapdragon 865 Plus prosessorunu təqdim edib.


Tesla öz zavodlarının sayını artırır: Sayca beşinci Gigafactory harda inşa edilə..

Yeni zavod üçün lazımi resurslara Tesla şirkəti yalnız il yarımdan sonra sahib olacaq.


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..

×