Büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfon modelinin real fotosu ortaya çıxıb
Elm & Texnologiya
30.04.2020
Farid Pardashunas
Hindistanın True-Tech adlı saytının jurnalistləri büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfonunun real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. OnePlus 8 və OnePlus 8 Pro-dan fərqli olaraq OnePlus Z modeli yastı ekran əldə edəcək. Bundan əlavə olaraq ekranın yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Barmaq izi skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya ediləcək. Son məlumata əsasən büdcəli OnePlus Z modeli bu ilin iyul ayında təqdim olunacaq. O, 6.4 və ya 6.5 düym Full HD+ ekran, MediaTek Dimensity 1000 prosessoru, 6/8 GB RAM və 48 MP + 16 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ