main-post-cover

    Büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfon modelinin real fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    30.04.2020
    Farid Pardashunas
        Hindistanın True-Tech adlı saytının jurnalistləri büdcəli OnePlus Z (OnePlus 8 Lite) smartfonunun real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. OnePlus 8OnePlus 8 Pro-dan fərqli olaraq OnePlus Z modeli yastı ekran əldə edəcək. Bundan əlavə olaraq ekranın yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Barmaq izi skanı texnologiyası isə birbaşa ekrana inteqrasiya ediləcək. Son məlumata əsasən büdcəli OnePlus Z modeli  bu ilin iyul ayında təqdim olunacaq. O, 6.4 və ya 6.5 düym Full HD+ ekran, MediaTek Dimensity 1000 prosessoru, 6/8 GB RAM və 48 MP + 16 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər