main-post-cover

    Büdcəli Redmi Smart Fire TV televizoru təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    14.03.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti Hindistanda Redmi Smart Fire TV adlı yeni büdcəli smart televizorunu təqdim edib. Bu smart televizor Amazon Fire OS 7 əməliyyat sistemi vasitəsilə çalışan ilk Xiaomi televizorudur. Redmi Smart Fire TV həmçinin özündə Amazon Alexa səsli köməkçisini və Prime Video, Netflix, Disney+Youtube kimi tətbiqləri birləşdirir. Texniki özəlliklər baxımından Redmi Smart Fire TV adlı smart televizor HD keyfiyyətli 32 düym ekran və Dolby Atmos dəstəkli 20 vatt gücündə olan səsgücləndiricilər ilə təchiz olunub. Smart televizor 4 nüvəli prosessor vasitəsilə çalışır və özündə 1 GB RAM-ı birləşdirir. Bununla yanaşı o, Wi-FiBluetooth texnologiyalarına, o cümlədən 5.0  HDMI 2.1, USB 2.0 Ethernet girişlərə sahibdir. Redmi Smart Fire TV mart ayının sonunda Hindistanda satışa çıxacaq və 170$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər