Logo
    main-post-cover

    Büdcəli smartfonlar üçün MediaTek Dimensity 7350 prosessoru təqdim edilib

         MediaTek şirkəti heç gözlənilmədən büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 7350 prosessorundan gedir. Beləliklə bu yeni prosessor 8 nüvəyə sahibdir və o, TSMC şirkətinin ikinci nəsil 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Dimensity 7350 prosessoru özündə 2 ədəd Cortex-A715 nüvəsini və 6 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Prosessorun çalışma tezliyi isə 3.0 GHz təşkil edir.
         Prosessorda qrafik imkanlardan Mali G610 MC4 qrafik çipi cavabdehdir. Süni zəka tapşırıqlarının yerinə yetirilməsi mövzusunda Dimensity 7350-yə MediaTek 657 adlı neyron çipi yerləşdirilib. Üstəlik prosessor 5G modemə də sahibdir. Dimensity 7350 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, LPDDR5 LPDDR4x standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini və 200 MP-ə kimi kameraları dəstəkləyir. Dimensity 7350-yə sahib ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
    Paylaş