Logo
    main-post-cover

    Büdcəli smartfonlar üçün MediaTek Helio G100 prosessoru təqdim edilib

         MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, MediaTek Helio G100-dən gedir. Bu prosessorun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, yüksək MP göstəricili kameraların dəstəklərini əldə edib. Beləliklə MediaTek Helio G100 prosessoru 8 nüvəlidir. O özündə 2.2 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
          Prosessor LPDDR4X standartlı RAM yaddaşlarını və UFS 2.2 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Bununla yanaşı bu yeni prosessor 2520x1080 piksel keyfiyyətinə kimi olan ekranların və 200 MP-ə kimi olan kameraların dəstəklərinə sahibdir. MediaTek Helio G100-ü ilk əldə etmiş smartfon TECNO Camon 30S Pro oldu. Lakin yaxın zamanda bu yeni prosessora sahib daha çox smartfon təqdim ediləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Büdcəli smartfonlar üçün MediaTek Helio G100 prosessoru təqdim edilib | Technote