Logo
    main-post-cover

    Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib

         MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, MediaTek Helio G91-dən gedir. Bu yeni prosessor 12 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 8 nüvəyə sahibdir. Prosessorda nüvələr “2+6” sxemi üzrə yerləşiblər. Yəni MediaTek Helio G91 özündə 2.0 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A75 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
         Prosessorda qrafik imkanlardan Mali-G52 MC2 qrafik çipi cavabdehdir.  Qeyd etmək lazımdır ki, bu yeni prosessor 5G dəstəyinə sahib deyil. Buna baxmayaraq MediaTek Helio G91 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 8 GB-a kimi LPDDR4x standartlı RAM yaddaşlarını, 108 MP-ə kimi kameraları və Wi-Fi 5 texnologiyasını dəstəkləyir. Helio G91 prosessoruna sahib ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib | Technote