
Büdcəli smartfonlar üçün Snapdragon 6 Gen 3 prosessoru təqdim edilib
Elm & Texnologiya
02.09.2024
Emil
Qualcomm şirkəti büdcəli smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Şirkətin yeni prosessoru Snapdragon 6 Gen 3 adlanır. Bu yeni prosessor 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, 8 nüvəlidir. Prosessorun tərkibində nüvələr “4+4” sxemi üzrə yerləşiblər. Yəni Snapdragon 6 Gen 3 özündə 2.4 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
Prosessorun qrafik imkanlarından Adreno 710 qrafik çipi cavabdehdir. Prosessor LPDDR5-3200 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Qualcomm bildirib ki, yeni prosessor daha öncəki Snapdragon 6 Gen 1-dən 10% daha güclüdür. Snapdragon 6 Gen 3 prosessoru 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi olan kameraları dəstəkləyir və özündə 5G modem ilə Wi-Fi 6E və Bluetooth 5.2 modullarını birləşdirir. Qualcomm-un bu yeni prosessorunu ilk olaraq hansı smartfonların əldə edəcəkləri hələ məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
