Bugün ilk Android smartfonun 10 yaşı tamam olur

Bugün ilk Android smartfonun 10 yaşı tamam olur

Texnologiya
24.10.2018 PAYLAŞIM

    Düz 10 il bundan öncə mobil cihazlar bazarında Android əməliyyat sistemi ilə çalışmış ilk smartfon modeli satışa çıxmışdı. Həmin vaxtda əməliyyat sisteminin heç adı belə yox idi. Lakin buna baxmayaraq o, tətbiqlər arasındakı çoxfunksionallığın və tətbiqlərdəki kontentin birgə istifadəsinin nizamlanmasının öhdəsindən çox yaxşı gəlirdi. 2008-ci ilin payız fəslində məşhur T-Mobile mobil operatoru Android əməliyyat sistemi ilə çalışmış ilk smartfon modeli HTC Dream-i təqdim etmişdi. Onun başqa adı isə T-Mobile G1 idi. Smartfon həmin vaxt üçün heç də pis olmayan texniki göstəricili müasir cihaz kimi təqdim olunmuşdu.


Bənzər xəbər


    HTC Dream Qualcomm MSM7201A prosessoru, 192 MB RAM, 256 MB daxili yaddaş (16 GB-a kimi microSD dəstəkli) və 3 MP-lik arxa kamera ilə təchiz olunmuşdu. Müasir trendlər ilə müqayisədə smartfonun dizaynı bir qədər spesifik idi. Smartfonun sensorlu ekrana sahib olmasına baxmayaraq onu həmdə fiziki klaviatura ilə təchiz etmişdilər. Bu səbəbdən HTC Dream slayder formatında hazırlanmışdı. Buna görə də onun qalınlığı 17 mm təşkil edirdi. Bu, üst-üstə qoyulumuş iki ədəd iPhone Xs modelindən daha qalındır. Bir neçə ay ərzində sərfəli qiymət, keyfiyyət və çoxlu sayda pulsuz tətbiqlərin hesabına HTC Dream ABŞ bazarının 6%-ni tutmuşdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×