Bugün iPad planşet seriyasının 10 yaşı tamam olur (VİDEO)

Bugün iPad planşet seriyasının 10 yaşı tamam olur (VİDEO)

Texnologiya
27.01.2020 PAYLAŞIM

    27 yanvar 2010-cu il tarixində Steve Jobs ilk iPad modelini təqdim etmişdi. Həmin vaxtda onu böyük iPod adlandırırdılar. Birinci iPad modelinin təqdimatından sonra növbəti 10 il ərzində şirkət sözügedən planşet seriyasını genişləndirdi və hətta ona stilus dəstəyini də əlavə etdi. Halbu ki, Steve Jobs həmişə stilus dəstəyinin olmasına qarşı çıxırdı. İlk iPad modelinin təqdimatı zamanı Steve Jobs qeyd etmişdi ki, smartfonlar və noutbuklar arasında tamamilə yeni cihazlar üçün nəzərdə tutulmuş yer var.


    Lakin həmin yeri müəyyən tapşırıqların öhdəsindən gəlməyi bacaraq cihaz tuta bilər. “iPad, inanılmaz qiymətə təqdim olunan inqilabi cihaz ilə aparıcı texnologiyaların birləşməsidir. O, insanları anlaşıqlı və əyləncəli şəkildə öz tətbiqləri və kontentləri ilə birləşdirəcək yeni cihazlar kateqoriyasını yaradır və təyin edir” - deyə Steve Jobs təqdimat zamanı bildirmişdi. iPad veb serfing, elektron məktubların qəbul edilməsi və göndərilməsi, fotoların və videoların baxılması, musiqilərin dinlənilməsi, oyunların oynanılması, elektron kitabların və jurnalların oxunulması üçün nəzərdə tutulmuş bir cihaz kimi təqdim edilmişdi.

    İlk iPad modeli Apple A4 prosessoru, 256 MB RAM, 64 GB daxili yaddaş həcmi və 10 saata kimi çalışmaq imkanını verən batareya ilə təchiz olunurdu. Birinci iPad modelinin Wi-Fi dəstəkli versiyası 499$-a, 3G şəbəkə dəstəkli versiyası isə 629$-a satılırdı. Həmin vaxtlarda iPad modellərindən heç biri kamera ilə təchiz olunmurdu. Satışa çıxdığı ilk 24 saat ərzində şirkət 300.000-dən çox iPad sata bilmişdi. 1 ildən sonra isə şirkət satılmış 15 milyon iPad göstəricisini qeyd etdi. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..

×