Bulud, bulud texnologiyaları və bulud həlləri nədir?

Bulud, bulud texnologiyaları və bulud həlləri nədir?

Texnologiya
06.07.2021 PAYLAŞIM

Tarix

    İnternet hələ 1960-cı ildən yaranmağa başlayıb. O vaxtlar istifadəçiyə bunun nə olduğunu izah etmək o qədər də asan deyildi. Kompüter alan istehlakçı internetin nə olduğunu tam olaraq başa düşmürdü. Satıcılar müştərilərə deyirdilər ki, bu texnologiya sayəsində siz öz kompüterinizi digər bir insanın kompüterinə birləşdirib, onunla məlumat alış-verişi edə bilərsiniz. Həmin vaxtlar internet kompüterlər üzərindən baş verən telefoniya kimi qəbul olunurdu. Yəni, əslində internet texnologiyasının kökündə bir kompüterin başqa bir kompüterə qoşulması dururdu. Hər hansı bir kompüterə başqa kompüterlərdən də qoşulma sayı artdıqca isə, yavaş-yavaş internet toru yaranmağa başladı. Yəni, bu günümüzdə daxil olduğumuz saytlar, əslində başqa kompüterlərdir. Real mənada biz internet vasitəsilə başqa kompüterlərə qoşulmuş oluruq.


    Zaman keçdikcə isə texnoloji həllər inkişaf etdi və insanlar ictimai serverlərin, saytların nə olduğunu yavaş-yavaş anlamağa başladılar. Əslində isə texnologiyanın kökündə eyni əlaqə vasitəsi dururdu. Bu haqqında danışdığımız kompüterlərə ictimai qoşulmalar artıqca, bu kompüterləri serverlər əvəz eləməyə başladılar. Server dediyimiz də əslində elə kompüterdir. Sadəcə daha kompakt, əlavə giriş və çıxış qurğularından azad, şəbəkəyə qoşulu - yaddaş və emal qurğuları. Bu serverlər isə o vaxtlar şirkətlərin müəyyən iş otaqlarında saxlanılırdı.

    Məsələn, bir şirkətin saytı var idisə, mütləq bu saytı saxlayan serveri yəni kompüteri də olmalı idi. Bu sayta yəni serverə qoşulanlar çoxaldıqca isə serverin emal gücünü artırmaq, daha güclü kompüterə çevirmək ehtiyacı yaranırdı. Bu əslində naqillərlə dolu bir dolaba bənzəyirdi. Onların saxlanıldığı otaqlarda 7/24 elektrik və soyutma sistemləri mövcud olmalı idi. Üstəlik onun tərkib hissələrini də vaxtaşırı dəyişmək və yeniləmək lazım olurdu. Bu parçalar isə ucuz deyildi. O vaxtlar adətən bir serverdə həm şirkətin lokal şəbəkəsi, həm email şəbəkəsi, həm də veb saytı saxlanılırdı. Bütün bunlara nəzarət eləmək isə şirkətlərə çox baha başa gəlirdi.

 “İnfrustructure As A Service”

    Bu problemdən qurtulmaq üçün isə sahəyə IAAS anlayışı gəldi. “İnfrustructure As A Service” bulud texnologiyasının kirayəli istifadəsi idi. Belə xidmətləri təqdim edən şirkətlərin öz nəhəng serverləri olurdu. Onlar özləri lazımlı tərkib hissələrini satın alır, nəhəng serverlər qurur, onların saxlanılmasına nəzarət edir və faktiki olaraq o kompüterlərin işləmə gücünü kirayə əsasında sizə təqdim edirdilər.

    Bulud anlayışı isə həmin kirayə serverlərin parçalanaraq fərqli müştərilərə təqdim olunmasıdır. Müştərilər əslində ümumi bir cihazda yerləşsələr də heç bir halda digər müştərilər ilə üzləşmirlər. Hipervizor texnologiyası ilə parçalanan serverlər ciddi şəkildə bir-birindən ayrılır, şifrlənir, fraqmentləşir və müştərilərə müstəqil bir qutu kimi təqdim olunur. Müştəri öz istəyinə əsasən bu qutunun parametrlərini dəyişə bilir. Burada parametrlər deyəndə əsasən söhbət CPU, RAMyaddaş qurğusundan gedir. 

Dinamik modifikasiyalar

    Bulud texnologiyasından istifadə etməyin ən böyük üstünlüyü dinamik modifikasiyalar edə bilmək imkanıdır. Yəni, məsələn siz bilirsiniz ki, adətən sizin veb saytınız gündəlik 100 nəfər tərəfindən izlənilir, lakin ayın müəyyən günü bu say dərhal 10 000 izləyiciyə qalxacaq. Sizə öncədən 10000-lik serverə sahib olmaq maddi israfçılıqdır, daima 100 izləyicilik server isə həmin gün sizin üçün yetərsiz olacaq. Bulud texnologiyaları sayəsində siz serverinizi elə tənzimləyə bilərsiniz ki, onun CPU, RAM və s. texniki hissələri yalnız tələb yaranarkən əldə olunsun. Beləliklə siz yalnız ehtiyacınıza görə ödəniş etmiş olacaqsınız.

Şəbəkə

    Bulud platformalarda siz bir neçə server yaradıb onları bir-birilə əlaqələndirə bilərsiniz. Serverlər hətta tamamilə başqa ölkələrdə də yerləşə bilərlər. Bunun əsasında mikroservis texnologiyaları dayanır. Böyük veb layihələr kiçik əməliyatlara parçalanır və hər əməliyyat üçün ayrıca kiçik server yaradılır. Bu serverləri eyni bulud platformasından aldığınız zaman isə onlar arasında daha sürətli və birbaşa qoşulma yaratmaq imkanı əldə edirsiniz. Həmçinin, bulud platformalarında siz şəbəkə üzərindən balanslaşdırma yarada bilərsiniz. Bu texnologiya sayəsində saytınız şəbəkə üzərindən keşlənir və serveriniz daha böyük ziyarətçi sayı üçün dözümlü olur. Yeri gəlmişkən, şəbəkə balanslaşdırılması DDOS hücumlara qarşı ən effektiv müdafiə və filtrləmə texnologiyasıdır.

İdarəetmə imkanları

    Bulud texnologiyaları proqramçılara geniş idarəetmə imkanları təqdim edir. Proqramçı istənilən vaxt şəbəkədə dəyişikliklər və xüsusi şərtlər təyin edə, istənilən vaxt serverlərin disk həcmini, RAM-ını və ya CPU-sunu artıra və ya azalda bilər. Bir çox hallarda bunun üçün heç terminalda kod yazmağa da ehtiyac olmur.

Qiymət

    Hər bir bulud platformasının öz qiymət strategiyası var. Lakin əgər siz böyük bir veb layihə yaradırsınızsa istənilən halda bulud platforması sizin üçün hostinqdən daha sərfəli olacaq. Çünki siz yalnız tələbat yarandıqda ödəniş edirsiniz. Ödəniş haqqı isə komunal xərclər kimi istifadə gücündən və müddətindən asılı olaraq dəyişir.

Yekun

    Əgər ciddi bir böyük layihə yaradırsınızsa və ya bir şirkətin bütün infrastrukturunu onlayn mühitə keçirmək istəyirsinizsə, xüsusi server otağı yaradıb, oraya müvafiq cihazları satın alaraq gətirib, onları vaxtaşırı yeniləmək və otağın elektrik gücünə və temperaturuna nəzarət etmək lazım deyil. Bu gün siz sadəcə olaraq bulud platformasına keçib, sizə lazım olan parametrlərlə öz serverlərinizi yaradırsınız və bir xidmət kimi aylıq ödəniş edirsiniz. Üstəlik istənilən vaxt platformanın mağazasından lazımlı əlavə tərkib hissələrini əldə edib, bir neçə dəqiqə ərzində bir neçə klikə onu öz infrastrukturunuza bərkidə bilərsiniz.

   Artıq Azərbaycan dilli interfeysə malik bulud platfoması da mövcuddur: AZCLOUD Portal. AZCLOUD tərəfindən təqdim edilən özünəxidmət platforması vasitəsilə siz rahatlıqla və müstəqil şəkildə, çox sayda sənədləşmə və nağd pul köçürmələri olmadan  öz IT infrastrukturunuzu yarada biləcəksiniz. Bulud infrastrukturu yaratmaq üçün daxil olun: https://azcloud.az/az  

Qeydiyyatdan keçən hər bir istifadəçiyə ilk ay 200 AZN balans hədiyyə olunur

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.

×