main-post-cover

    Bütün dünya üzrə yarım milyon Facebook istifadəçisinin telefon nömrələri internetə sızdırılıb

    Elm & Texnologiya
    05.09.2019
    Emil Nəcəfov
        Facebook şirkəti artıq dəfələrlə istifadəçi məlumatlarının sızıdırılması üzrə qalmaqallara səbəb olub. Bu dəfə yeni qalmaqal yaşanıb. Belə ki, müxtəlif ölkələrdən olan yarım milyon Facebook istifadəçisinin telefon nömrələri açıq mənbə şəklində internetə sızdırılıb. Bu barədə Techcrunch saytı xəbər verib. Telefon nömrələri sızdırılmış istifadəçilərin aid olduqları ölkələr siyahısında ABŞ, İngiltərə və Vyetnam da var.
        Sözügedən məlumatlar bazasında istifadəçilərin telefon nömrələrini özündə birləşdirən 419 milyondan çox Facebook ID identifikatoru olub. Həmin məlumatlar bazası həmçinin istifadəçilərin adlarını və onların hansı ölkələrdə yaşadıqlarını da özündə birləşdirib. Bu məlumat bazasının yerləşdiyi virtual serverin sahibini təyin etmək mümkün olmayıb. Lakin hostinqə müraciət edəndən sonra məlumat bazasına keçid bloklanıb.
        Maraqlısı ondadır ki, 1 ildən çox müddət bundan öncə Faacebook şirkəti kənar servislərə istifadəçilərin telefon nömrələrini əldə etmələrinə qadağa qoymuşdu. Facebook şirkətinin təmsilçisinin sözlərinə əsasən ortaya çıxmış məlumat bazasındakı telefon nömrələri Facebook şirkətinin təyin etdiyi qadağanın qüvvəyə minməsindən öncə yığılıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Facebook şirkəti 5 milyard dollar dəyərində cərimələnmişdi. Bunun əsas səbəbi isə onda idi ki, şirkət istifadəçi məlumatlarını reklam şirkətlərinə ötürürdü.
    Linki kopyala