Bütün ICO-lardan yığılmış ümumi vəsaitin 10%-i oğurlanıb

Bütün ICO-lardan yığılmış ümumi vəsaitin 10%-i oğurlanıb

Texnologiya
23.01.2018 PAYLAŞIM

ICO vasitəsilə cəlb olunmuş bütün vəsaitlərin 10%-i ya itib yada hackerlər tərəfindən oğurlanıb.

Bu cür nəticəyə “Ernst & Young” şirkətinin analitikləri gəliblər. Bu barədə Reuters saytı xəbər verib. Şirkətin analitikləri 372-dən çox keçirilmiş ICO məlumatlarını analiz ediblər. Tədqiqata əsasən bütün ICO-lardan əldə olunmuş ümumi 3.7 milard dollar vəsaitdən 400 milyon dolları ya itirilib yada hackerlər tərəfindən oğurlanıb. Çox zaman bu cür oğurluq hadisələrində hackerlər fishing (dələduzluq vasitəsilə vəsaitlərin ələ keçirilməisi) üsuluna əl atırlar. Bu üsul sayəsində hackerlər keçirilmiş hansısa ICO-dan 1 ay ərzində 1.5 milyon dollar vəsait qazana bilərlər.

Şirkət analitikləri həmçinin ölkələr üzrə keçirilmiş ICO-lardan cəlb olunmuş yüksək məbləğləri də hesablayıblar. Birinci yerdə ABŞ-dan olan layihələr qərarlaşıb. Onlar ümumilikdə 1 milyard dollar vəsait cəlb ediblər. İkinci yeri Çin (452 milyon dollar), üçüncü yeri isə Rusiya Federasiyası (310 milyon dollar) tutub. Tədqiqat çərçivəsində həmçinin məlum olub ki, ICO vasitəsilə cəlb olunan vəsaitlərin miqdarı aşağı düşür. 2017-ci ilin İyun ayında ICO-ların 90%-i lazımi vəsaiti yığmışdılar. Lakin Noyabr ayında bu göstərici 25%-ə düşmüşdü. Şirkətin məlumatına əsasən son zamanlarda ICO-nun qarşılaşdığı əsas problemlərdən biri də layihələrin aşağı keyfiyyətli olmalarıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×