
ICO bazarında sponsorlaşdırılmış icmal videoları ilə tanınan Ian Balina öz YouTube kanalında canlı yayım zamanı növbəti məhsulun icmalını edərkən izləyicilərdən biri onun elektron portmanatından bütün tokenləri oğurlayıb. Balina izləyicilərdən birinin rəyinə fikir verməyərək öz canlı yayımına davam edib və 15 dəqiqədən sonra guya elektriklə baş vermiş problem səbəbilə yayımı dayandırıb. Balina aşkar edib ki, onun hesabı Google Tables-dan yoxa çıxıb və bundan sonra o anlayıb ki, onun hesabını hack ediblər. Bundan sonra o öz yayımına tamamilə son verib.
“Mən pullara görə narahat olmuram. Mən sadəcə hackeri tapmaq istəyirəm. Xahiş edirəm ki, bu barədə bütün məlumatları [email protected] ünvanına göndərin. Hər kəsə təşəkkürlər” – deyə Balina öz Twitter hesabında bildirib.
Qeyd etmək
lazımdır ki, Balina, ICO sahəsində məşhur mütəxəssisdir. Onun YouTube kanalında
116.000-dən çox, Telegram kanalında isə 26.000-dən çox abunəçi var. Elektron
portmanat üzərindəki əməliyyatlar onu göstərir ki, Balina-nın bütün tokenləri
oğurlanıb. Onların arasında 20 milyondan çox Nucleus Vision, 2 milyon Pareto Network və 1 milyon Loom
tokenləri olub. Balina güman edir ki, hackerlər onun hesabına hələ kollec
zamanı istifadə etdiyi poçt ünvanı sayəsində daxil ola biliblər. Daha sonra
hackerlər Balina-nın öz tokenlərinin açarlarını saxladığı Evernote hesabına
daxil olublar.
Şərh yoxdur