
Canon şirkəti özünün 120 MP-lik kamera lensini göstərdi (VİDEO)
Elm & Texnologiya
30.03.2018
Emil
Son 2 il ərzində Canon şirkəti
özünün 120 MP-lik lensi üzərində çalışır. Şirkətin fikrincə yaxın zamanda həmin
lensi kommersiya məqsədli istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki,
bu 120 MP-lik lens çox detallı video və foto çəkmək bacarığına sahibdir. Şirkət
sözügedən lensin nəyə qadir olduğunu göstərən yeni video təqdim edib. Lensin
ötürücüsü 13280x9184 piksel keyfiyyətində çalışa bilir.

Bu isə hamıya tanış
olan Full HD keyfiyyətindən 60 dəfə çoxdur. Bu özəllik bir qayda olaraq hətta ən
maksimal proqram zoom-u halında da keyfiyyətli çəkiliş reallaşdırmağa imkan
verir. Təəssüflər olsun ki, sensoru hələki smartfona yerləşdirmək mümkün deyil. Çünki
onun ölçüsü çox böyükdür. Həmçinin onun qiyməti də az deyil. Lakin buna
baxmayaraq sözügedən lens yaxın zamanda hansısa fotoaparat modelində yerləşdirilə
bilər. Canon isə onu böyük tədbirlərdə insan kütləsini izləmək üçün işlətməyi
planlaşdırır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
