Logo
    main-post-cover

    Canon-un yeni flaqman DSLR kamerası EOS R5: 8K video və 45 MP sensor

    Elm & Texnologiya
    30.01.2020
    Nijat
            Canon, kamera istehsal edən ən nəhəng şirkətlərdən biridir. Yaxın günlərdə son flaqman modeli olan EOS R5-i təqdim etməyə hazırlaşır. Parametrləri bəlli olan cihazın 8K 30 FPS dəstəyinə malik olduğu bilinir. Həmçinin saniyədə 20 şəkil çəkə biləcək. EOS R5 modelində 45 MP-lik CMOS sensordan istifadə olunacaq. Qeyd edək ki, 4K çəkilişlərdə 120 FPS60 FPS dəstəyi də olacaq. 

    Canon EOS R5, İyul ayında təqdim oluna bilər.

            Canon-un son flaqman modeli olan EOS R5-də gövdə daxili görüntü sabitləmə, 5 GHZ Wi-Fi kimi texnologiyalar da olacaq. Canon Rumors mənbəsinə görə 2020-nin İyul ayında cihaz satışa çıxa bilər. Parametrləri ilə əsl əjdaha adlandıra biləcəyimiz bu kamera çox güman ki, qiyməti ilə də bir xeyli səs sala biləcək. EOS R5-in hansı qiymətlə satışa çıxacağı hələki bilinmir. 
    Paylaş
    Bənzər xəbərlər