'CanSat Azərbaycan 2018' model peyk müsabiqəsinin qalibləri mükafatlandırılıb

'CanSat Azərbaycan 2018' model peyk müsabiqəsinin qalibləri mükafatlandırılıb

Texnologiya
17.10.2018 PAYLAŞIM

Bakı, 16 oktyabr 2018 – Dünən "Azərkosmos" ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin final mərhələsində uğur qazanan komandaların təltiifetmə tədbiri keçirilib. Tədbir Milli Aviasiya Akademiyasında baş tutub. Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanmış peyk modellərinin sərgisi ilə tanış olublar.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev çıxış edib.

Bənzər xəbər



Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev “CanSat Azərbaycan 2018” müsabiqəsinin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayıb və bu tədbirin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artrılmasına xidmət etdiyini qeyd edib. O, həmçinin, müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və onların Azərbaycanın ilk “CanSat” müsabiqəsinin tarixinə adlarını böyük hərflərlə yazdıqlarını bildirib. Təhsil naziri Ceyhun Bayramov müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Təhsil naziri Ceyhun Bayramov həmçinin onu da bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğı öz müsbət nəticələrini verməkdədir. “Uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan azsaylı ölkələrin siyahısına daxil edilib. Azərbaycanın sayca üçüncü peykinin orbitə çıxarılması ölkəmizin dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisə olub” – deyə nazir qeyd edib.


Daha sonra müsabiqənin final mərhələsində uğur qazanan komandalara – birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “Envi_Sat”, ikinci yerin qalibi Bakı Ali Neft Məktəbinin “İnterstellar”, üçüncü yerləri bölüşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MS_U_FO” və Bakı Mühəndislik Universitetinin “Rodimus” komandalarına qiymətli hədiyyələr və sertifikatlar təqdim edilib. Müsabiqədə fəal iştirak edən digər komandalara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Bundan əlavə, müsabiqə müddətində göstərdikləri dəstəyə görə komandaların təmsil olunduğu təhsil müəssisələrinə təşəkkürnamələr təqdim edilib.

Tədbirdə “CanSat Azərbaycan” müsabiqəsinin ölkəmizin milli kosmik sənayesində innovasiyaların tətbiq edilməsi və bu sahədə yerli kadrların hazırlanmasında xüsusi önəm daşıdığı qeyd olunub. Növbəti illərdə “CanSat Azərbaycan” müsabiqəsinin davamlı olacağı və regional yarışa çevriləcəyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir Milli Aviasiya Akademiyasının təqdim etdiyi bədii proqramla başa çatıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×