
Çat-bot nədir və necə çalışır?
Elm & Texnologiya
31.01.2018
Emil
"Bot” (robot sözünün qısaldılmış
forması) insan fəaliyyətini imitasiya edən proqramdır. Çat-bot isə bir qayda
olaraq çatdakı həmsöhbət insanı imitasiya edir. Bu cür proqramların yaradılması
üzrə ilk təcrübələr hələ yarım əsr bundan öncə başlamışdı. Robot ilə qarşılıqlı
əlaqəyə insanla ünsiyyət illüziyuasını verən ilk uğurlu təcrübə kimi 1966-cı
ildə yaradılmış Eliza adlı çat-bot hesab olunur. Həmin vaxtda Eliza
psixoterapevt ilə ünsiyyəti imitasiya etmişdi.
Bir vaxtlar məşhur olmuş ICQ
messencerində çoxlu sayda botlar var idi. Onlar anekdotlar toplusu, tərcümə,
kalkulyator, sorğuya əsasən hava proqnozlarını, valyuta məzənnələrini, xəbərləri,
müxtəlif sahələr üzrə afişaları göndərmək və s. kimi funksiyaları yerinə
yetirirdilər. Elementar tapşırıqları yerinə yetirmək üçün istifadəçi messencerdən çıxıb brauzerə girməli olmurdu. Bu barədə çat-bota yazmaq kifayət edirdi.
Günümüzdə isə çat-botlar mümkün olan müxtəlif servislərin dəstək xidmətlərini əvəz
edə bilirlər. Siz voenkomata zəng etmisiniz və əgər əsgərlikdə xidmət etmək istəyirsinizsə
* düyməsini, əsgərlikdə xidmət etmək istəmirsinizsə # düyməsini klik edirsiniz.
Bu, sadə telefon çat-botudur. Bilet və taksi sifariş etmək, ödəniş və pul köçürməsi
reallaşdırmaq, film və musiqi yükləmək və s. Bütün bunların edilməsində botlar
yardımçı ola bilir.
Bütün bunları müxtəlif üsullarla və botlarsız etmək mümkün
olardı. Lakin son zamanlarda nəyə görə çat-botlara belə maraq var? Mobil tətbiq
bazarı çox böyükdür və bu bazarda yetəri qədər məhsul var. Onların sayları artıq
milyonları keçib. Lakin istifadəçilər artıq yeni nəsə bir şeyi öz mobil
cihazlarına yazmaq istəmirlər. Məlumata əsasən istifadəçilərin 80%-i öz
vaxtlarını yalnız 3 tətbiqdə keçirdirlər. Bunun fonunda messencerlər seqmenti
aktiv şəkildə artır.
Onların auditoriyaları həmçinin sosial şəbəkələrin
auditoriyalarını artıq keçir. Belə ki, messencerlər personal xarakter
daşıyırlar, daha az resurs tələb edirlər, hətta ən ucuz cihazlarda belə
çalışırlar və hələ ki, sosial şəbəkələrdə olduğu kimi əlavə məlumat, reklam və
lazımsız xəbərləri özlərində əks etdirmirlər. Nəticədə servis tərtibatçıları
anladılar ki, öz smartfonuna hansısa tətbiqi yükləyib və gündəlik ondan istifadə
edən istifadəçiyə məhz həmin tətbiq vasitəsilə nəyisə çatdırmaq olar.
Beləliklə
istifadəçini digər tətbiqi yükləyib işlətmək üçün razı salmaq lazım gəlmir.
Çat-bot isə öz növbəsində yükləmə trafiki, smartfona quraşdırılma zamanı tələb
etmir və cihaz yaddaşında yer tutmur. Beləliklə çat-bot ideyasının əsl
partlayışı başladı. Çat-botla çalışmaq çox sadədir: Onu sadəcə olaraq
kontaktlar siyahısına daxil edərək ünsiyyətə başlamaq lazımdır. Çox zaman
çat-bot cavab olaraq özü haqqında məlumatı, aktiv olan əmrlər siyahısını göndərəcək
və ya ekrandakı dialoqu anlaşılan tətbiq interfeysinə çevirən düymələri əks
etdirəcək.
Botların ekosistemlərinin inkişafı yaxın gələcəyin sualıdır.
Messencerlərdə botların mağazası olmalıdır və bu sahədə kim birinci maraqlı
ideya tərtib etsə o, uduşda olacaq. Əgər çat-bot sahəsi alov, süni zəka
texnologiyaları isə benzindirsə, onda bu iki sahənin birləşməsi ilə nələrin baş
verəcəyini düşünmək qeyri mümkündür. Əsasən də süni zəka texnologiyalarının
inkişafı sayəsində və onların çat-botlara inteqrasiya olunaraq bir çox
saytların edə bilmədiklərini etmə bacarıqlarına sahib olmalarını düşündükdə bu
sahənin necə böyük gələcəyi olduğunu görmək olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
