Çat-bot nədir və necə çalışır?

Çat-bot nədir və necə çalışır?

Texnologiya
31.01.2018 PAYLAŞIM

    "Bot” (robot sözünün qısaldılmış forması) insan fəaliyyətini imitasiya edən proqramdır. Çat-bot isə bir qayda olaraq çatdakı həmsöhbət insanı imitasiya edir. Bu cür proqramların yaradılması üzrə ilk təcrübələr hələ yarım əsr bundan öncə başlamışdı. Robot ilə qarşılıqlı əlaqəyə insanla ünsiyyət illüziyuasını verən ilk uğurlu təcrübə kimi 1966-cı ildə yaradılmış Eliza adlı çat-bot hesab olunur. Həmin vaxtda Eliza psixoterapevt ilə ünsiyyəti imitasiya etmişdi.

    Bir vaxtlar məşhur olmuş ICQ messencerində çoxlu sayda botlar var idi. Onlar anekdotlar toplusu, tərcümə, kalkulyator, sorğuya əsasən hava proqnozlarını, valyuta məzənnələrini, xəbərləri, müxtəlif sahələr üzrə afişaları göndərmək və s. kimi funksiyaları yerinə yetirirdilər. Elementar tapşırıqları yerinə yetirmək üçün istifadəçi messencerdən çıxıb brauzerə girməli olmurdu. Bu barədə çat-bota yazmaq kifayət edirdi.


    Günümüzdə isə çat-botlar mümkün olan müxtəlif servislərin dəstək xidmətlərini əvəz edə bilirlər. Siz voenkomata zəng etmisiniz və əgər əsgərlikdə xidmət etmək istəyirsinizsə * düyməsini, əsgərlikdə xidmət etmək istəmirsinizsə # düyməsini klik edirsiniz. Bu, sadə telefon çat-botudur. Bilet və taksi sifariş etmək, ödəniş və pul köçürməsi reallaşdırmaq, film və musiqi yükləmək və s. Bütün bunların edilməsində botlar yardımçı ola bilir.

    Bütün bunları müxtəlif üsullarla və botlarsız etmək mümkün olardı. Lakin son zamanlarda nəyə görə çat-botlara belə maraq var? Mobil tətbiq bazarı çox böyükdür və bu bazarda yetəri qədər məhsul var. Onların sayları artıq milyonları keçib. Lakin istifadəçilər artıq yeni nəsə bir şeyi öz mobil cihazlarına yazmaq istəmirlər. Məlumata əsasən istifadəçilərin 80%-i öz vaxtlarını yalnız 3 tətbiqdə keçirdirlər. Bunun fonunda messencerlər seqmenti aktiv şəkildə artır.

    Onların auditoriyaları həmçinin sosial şəbəkələrin auditoriyalarını artıq keçir. Belə ki, messencerlər personal xarakter daşıyırlar, daha az resurs tələb edirlər, hətta ən ucuz cihazlarda belə çalışırlar və hələ ki, sosial şəbəkələrdə olduğu kimi əlavə məlumat, reklam və lazımsız xəbərləri özlərində əks etdirmirlər. Nəticədə servis tərtibatçıları anladılar ki, öz smartfonuna hansısa tətbiqi yükləyib və gündəlik ondan istifadə edən istifadəçiyə məhz həmin tətbiq vasitəsilə nəyisə çatdırmaq olar.

    Beləliklə istifadəçini digər tətbiqi yükləyib işlətmək üçün razı salmaq lazım gəlmir. Çat-bot isə öz növbəsində yükləmə trafiki, smartfona quraşdırılma zamanı tələb etmir və cihaz yaddaşında yer tutmur. Beləliklə çat-bot ideyasının əsl partlayışı başladı. Çat-botla çalışmaq çox sadədir: Onu sadəcə olaraq kontaktlar siyahısına daxil edərək ünsiyyətə başlamaq lazımdır. Çox zaman çat-bot cavab olaraq özü haqqında məlumatı, aktiv olan əmrlər siyahısını göndərəcək və ya ekrandakı dialoqu anlaşılan tətbiq interfeysinə çevirən düymələri əks etdirəcək.

    Botların ekosistemlərinin inkişafı yaxın gələcəyin sualıdır. Messencerlərdə botların mağazası olmalıdır və bu sahədə kim birinci maraqlı ideya tərtib etsə o, uduşda olacaq. Əgər çat-bot sahəsi alov, süni zəka texnologiyaları isə benzindirsə, onda bu iki sahənin birləşməsi ilə nələrin baş verəcəyini düşünmək qeyri mümkündür. Əsasən də süni zəka texnologiyalarının inkişafı sayəsində və onların çat-botlara inteqrasiya olunaraq bir çox saytların edə bilmədiklərini etmə bacarıqlarına sahib olmalarını düşündükdə bu sahənin necə böyük gələcəyi olduğunu görmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×