Cənubi Koreyada institut professoru ayaqyolunu mayninq cihazına çevirib (VİDEO)

Cənubi Koreyada institut professoru ayaqyolunu mayninq cihazına çevirib (VİDEO)

Texnologiya
12.07.2021 PAYLAŞIM

    Cənubi Koreyadan olan Cho Jae-weon adlı mühəndis qeyri-adi ayaqyolu konsepsiyasını təklif edib. Belə ki, Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun (UNIST) tələbələri rəqəmsal portmanat əldə ediblər və onlar hər dəfə ayaqyolu tələbatlarını yerinə yetirdiklərindən sonra sahib olduqları rəqəmsal portmanatlara virtual valyutalar keçirilir. Şəhər və ekoloji mühəndislik professoru ətraf mühitin qorunması yolunda qeyri-adi üsula əl atıb. BeeVi adlı ayaqyolu konsepsiyası insan fəaliyyəti səbəbilə ortaya çıxan məhsulların metana çevrilməsinə əsaslanır. Daha sonra metandan qaz plitələrinin çalışmasında, suyun qızdırılmasında və digər avadanlıqların işə salınmasında istifadə etmək olar.


    Cho Jae-weon bu layihənin hər bir detalını diqqətlə fikirləşib. Onun sözlərinə əsasən hər bir insan sutka ərzində 50 litr metan generasiya edə bilər. Bu, 0.5 kilovatt saat elektrik enerjisi istehsal etməyə kifayət edir. 0.5 kilovatt saat elektrik enerjisi isə avtomobilin 1.2 km yol qətt etməsinə bərabərdir. Ayaqyolundan hər istifadəyə görə mükafatlandırma qismində UNIST tələbələri Ggool adlı kriptovalyuta əldə edirlər. Sutka ərzində 10 token qazanmaq imkanı yaranır. Tələbələr əldə etdiklər tokenləri öz istəklərinə uyğun istifadə edə bilərlər. Məsələn onlar institut yeməkxanasında yemək və ya kitabxanadan kitablar ala bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..

×