Logo
    main-post-cover

    Cənubi Koreyada robot müəssisə işçisini öldürüb

    Elm & Texnologiya
    13.11.2023
         Cənubi Koreya şirkətinin 40 yaşlı robototexnika mütəxəssisi kənd təsərrüfatı üzrə çeşidləmə mərkəzindəki sənaye yükləmə robotunun sensorlarını yoxlayan zaman həyatını itirib. Hadisə Cənubi Könsan əyalətində baş verib. Görünür, məhsullarla dolu olan qutuları palletə yükləmiş robotun sistemində nasazlıq baş verib və o, robototexnika mütəxəssisini növbəti qutu kimi identifikasiya edib. Məlumata əsasən robot işçinin bədəninin yuxarı hissəsini konveyer xəttinə sıxaraq onun üzünü və sinəsini əzib. İşçi xəstəxanaya çatdırılsa da, xəsarətlərin ağır olmaları səbəbilə o, həyatını itirib.
         Polislər artıq çeşidləmə mərkəzinin təhlükəsizlik xidmətinin rəhbərlərinə qarşı istintaqa start veriblər. Onlar xidməti vəzifənin yerinə yetirilməsi zamanı mümkün səhlənkarlıqların olub-olmadıqlarını təyin etmək istəyirlər. Hadisənin baş verdiyi mərkəzin məxsus olduğu Tongoson adlı kompleksin təmsilçisi hadisədən sonrakı bəyanatında daha dəqiq və təhlükəsiz sistemin yaradılmasının vacibliyini qeyd edib. Bu cür bəyanat qəribə səslənir. Belə ki, o, hadisənin baş verməsindən sonra deyil, əvvəl təqdim edilməli idi.
    Paylaş