main-post-cover

    Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını yaradıblar

    Elm & Texnologiya
    25.11.2020
    Emil Nəcəfov
        Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yaradıblar. Bu texnologiya cihazın bir neçə metr məsafədən şarj olunmasına şərait yaradır. Bu barədə Mydrivers saytı xəbər verib. Sözügedən şarj texnologiyasının çalışma prinsipi infraqırmızı spektrdə işıq şüalandıran infraqırmızı gücləndiriciyə əsaslanır. Cihaz şüalanmanın əhatə dairəsində olduğu zaman isə o şarj olunur. Tədqiqatçılar bildiriblər ki, istifadəçi eyni anda bir neçə cihazı şarj etmək üçün müxtəlif diapazonlu dalğalardan istifadə edə bilər.
        Bu texnologiyanın əsas üstünlüklərindən biri də odur ki, o, şarj prosesi zamanı elektromaqnit şüalanma yaratmır. Bundan əlavə olaraq infraqırmızı siqnalın bu prosesi uzun məsafədən yerinə yetirməsi sayəsində istifadəçi şarj prosesində olan cihazından rahatlıqla istifadə edə bilər. Məlumata əsasən hal hazırda tədqiqatçılar bu texnologiyanın patentləşdirilməsi ilə məşğul olurlar. Sonrakı mərhələdə isə onlar sözügedən layihənin kommersiyalaşdırılmasına keçid edəcəklər.
    Linki kopyala