main-post-cover

    Cənubi Koreyalı tədqiqatçılar, uçan alış-veriş arabası hazırlayıblar! (VİDEO)

    Elm & Texnologiya
    30.09.2024
    Farid Pardashunas

         Cənubi Koreyalı tədqiqatçılar alış-veriş təcrübəsini kökündən dəyişə biləcək yenilikçi kəşf ediblər. Palletrone adlı yeni məhsul dron vasitəsilə alış-veriş ərzaq arabasına çevrilir.

         Standart alış-veriş arabaları ağır yükləri daşımaq üçün praktik olsa da, manevr etmə qabiliyyəti məhdud və iri ola bilər. Həmçinin pilləkən kimi maneələrin öhdəsindən gələ bilmirlər. Palletrone isə məhz bu nöqtədə işə düşür. Bir neçə rotorla havada asılı qala bilən Palletrone, mini dron kimi işləyir. İstifadəçilər alış-veriş arabasını adi bir araba kimi itələyə bilirlər və inteqrasiya edilmiş sensor texnologiyası sayəsində araba istifadəçini izləyir. Tədqiqatçılar tərəfindən yayımlanan videolarda Palletrone-un pilləkənlərdən asanlıqla enib-qalxdığı müşahidə edilib. Bu xüsusiyyət, alıcıların mağazanın müxtəlif mərtəbələrini lift və ya eskalator axtarmadan rahatca gəzməsinə imkan yarada bilər.
         Ancaq Palletrone, hələ inkişaf mərhələsinin başlanğıcındadır. Hazırda olan prototip təxminən 3 kiloqram yük daşıya bilir. Əlbəttə ki, bu, standart market arabasının tutumundan xeyli azdır. Tədqiqat qrupu, tam hüquqlu alış-veriş səfərləri üçün daha güclü versiya üzərində işləyir. Əgər çəki tutumu kimi texniki çətinliklər aradan qaldırılsa, Palletrone gələcəyin ərzaq mağazasında inqilab yarada bilər. Yəni müştərilər ağır arabaları itələmək əvəzinə Palletrone ilə mağaza daxilində alış-veriş edə bilərlər. İnkişaf prosesi uğurla tamamlanarsa, Palletrone-un yaxın gələcəkdə marketlərdə istifadə olunacağı bildirilib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ən səssiz sualtı qayıqları belə aşkar edə bilən texnologiya hazırlanıb!
    en-sessiz-sualti-qayiqlari-bele-askar-ede-bilen-texnologiya-hazirlanib
    Porsche-dən elektrik dövrünə meydan oxuyan yeni daxili yanma mühərriki ideyası!
    porsche-den-elektrik-dovrune-meydan-oxuyan-yeni-daxili-yanma-muherriki-ideyasi
    Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
    cetin-sethlere-uygunlasa-bilen-ve-formasini-deyise-bilen-teker-hazirlanib-video
    Qədim Romadan ilham alan yeni sement texnologiyası hazırlanıb!
    qedim-romadan-ilham-alan-yeni-sement-texnologiyasi-hazirlanib
    Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
    tedqiqatcilar-sac-telinin-on-minde-birini-tesvir-eden-mikroskop-hazirlayiblar