main-post-cover

    CEO-lar sürətlə inkişaf edən İKT bazarı ilə bağlı nə düşünür? –Sorğu

    17.07.2018
    Bot Lala
    Audit şirkəti PwC tərəfindən “21-ci Qlobal CEO araşdırması” ilə bağlı hesabat yayımlanıb.
    Technote.az bildirir ki, sənəddə telekommunikasiya sektorunda şirkət liderlərinin fikirləri yer alıb.
    Qeyd edilir ki, internet ənənəvi telekommunikasiya bazarlarını gündən-günə daha çox dəyişdirir.
    Hesabat CEO-ların kiber təhdidlərə yanaşması, İT liderlərin dünya iqtisadiyyatına dair fikirlərini ortaya qoyub
    Araşdırmaya görə, liderlərin böyük əksəriyyəti (83 faiz) qarşıdakı 5 il ərzində olacaq dəyişikliyin rəqiblər tərəfindən ediləcəyini ehtimal edir. Sorğuda iştirak edənlərin dörddə üçü isə bu dəyişikliyin fundamental texnologiyalardan, müştəri davranışlarından və sektor qaydalarına görə baş verəcəyini qeyd edib.
    Qalan üçddə iki faiz isə dəyişikliyin paylama kanallarından gəlməsini gözləyir. İdarəçilər texnoloji dəyişiklikliklərin sürətindən narahatdır. Onlara öz şirkətlərinə qarşı təhdidlər barədə də sual verilib.
    Bu sorğuda iştirak edənlərin 45% -i texnoloji dəyişikliklərin sürəti ilə bağlı, 35% isə bazara yeni daxil olan İT şirkətlərdən, 45% isə kiber hücumlarla bağlı çox narahat olduqlarını bildirib. Telekommunikasiya şirkətləri öz məlumatları ilə yanaşı, bir çox digər şirkət və müştərinin məlumatlarını da istifadə edir.
    Buna görə kiber hücumlar şirkətlər üçün ciddi təhlükə hesab edilir
    Hesabata görə, telekommunikasiya CEO-ları yaxın gələcəkdə rəqəmsal dəyişikliyin yaradacağı təhlükəyə baxmayaraq optimistdir.
    Liderlərin yarıdan çoxu (57%) 2017-nin qlobal artım üçün yaxşı bir il olduğunu vurğulayaraq 2018-ci ildə qlobal iqtisadi artımın daha yaxşı olacağını düşünür. CEO-lar avtomatlaşdırma sahəsinə olan sərmayələr ilə işçi sayının artmasını gözləyir.
    Hesabatdan da göründüyü kimi, texnologiya CEO-ları internetlə bağlı optimist olmağa davam edir
    Sorğuda iştirak edənlərin yalnız 17% -i internetə çıxışı məhdudlaşdırmağın daha yaxşı olacağını düşünür.
    Linki kopyala