
Android One
proqramıyla yenilikləri ən qısa müddətdə alacaq olan Xiaomi Mi A1 ilk dəfə
göründü. Görünüşə görə Xiaomi Mi 5x modelinə bənzər bir telefon gəlir.Keçmiş günlərdə Xiaomi-nin
Android One proqramına daxil ediləcəyi
bildirilmişdi. İndi isə Android One ilə
ilk Xiaomi modeli olacaq Mi A1 ilk dəfə sızdırıldı.
Weibo platformasında
ilk vizualları sızdırılan telefon, dedi-qodulara görə texniki xüsusiyyətləri
baxımından Xiaomi Mi 5X modelinin təmiz Android
interfeysi istifadə edən versiyası olacaq.Təəssüf ki, təqdimat tarixi və ya qiyməti kimi məlumatlar çərçivəsiz
ekranla çıxacaq telefon haqqında hələ dəqiq məlumat yoxdur.
Android One proqramına daxil olduğu üçün Android yeniliklərinin ən qısa müddətdə alacaq olan telefon, bu mənada təchizatı qədər proqram dəstəyi də iddialı olacaq.