
Çərçivəsiz Nokia 10 haqqında ilk məlumatlar sızdırıldı
Elm & Texnologiya
03.01.2018
Emil
AndroidCrunch mənbəsinin məlumatlarına əsasən bu ilin 3-cü rübündə “HMD Global” şirkəti çərçivəsiz Nokia 10 modelini təqdim edəcək.
Sızdırılmış məlumatlara əsasən
Nokia 10 barmaq izi skanının inteqrasiya olunduğu ekrana, Face ID
texnologiyasına, Snapdragon 845 prosessoruna, Adreno 630 qrafik sürətləndiricisinə,
8 GB RAM-a və USB Type-C girişinə sahib olacaq. Həmçinin yeni smartfon ikili
arxa kamera, Quick Charge 4.0+ texnologiyasını dəstəkləyən batareya, sudan və
tozdan qorunan korpus ilə təchiz olunacaq. Beləliklə məlumata əsasən Nokia
10-nu suda 2 metr dərinliyə endirmək mümkün olacaq. Əgər bütün bu məlumatlar
düz olsa, onda Nokia 10 rahatlıqla Galaxy S9, LG G7, HTC U12 və digər modellərlə
rəqabət apara biləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
