CES 2020-də Cyrcle Phone adlı dairəvi Android smartfon təqdim olunub - QİYMƏTİ
Elm & Texnologiya
10.01.2020
Emil Nəcəfov
İstehsalçıların öz smartfonlarının dizaynlarını fərqli tərzdə hazırlamaları cəhdlərinə baxmayaraq bir çox müasir smartfonların gövdələri düzbucaqlı formada hazırlanır. Lakin Vaşinqtondan olan dTOOR adlı startap CES 2020 sərgisində dairəvi formada hazırlanmış qeyri adi smartfon təqdim edib. Bu smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o, iki ədəd audiogirişə sahibdir. Bu barədə Cnet.com saytı xəbər verib.
Böyük smart saatı xatırladan Cyrcle Phone adlı bu kompakt cihaz 800x800 piksel keyfiyyətli 3.45 düym darəvi ekrana sahibdir. Əsas özəlliklərdən biri də odur ki, smartfon 2 ədəd 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Əsas texniki göstəricilərə gəldikdə isə Cyrcle Phone 2 GB RAM, 16 GB daxili yaddaş həcmi, 13 MP-lik arxa kamera, 13 MP-lik ön kamera, 2000 mAh enerji tutumlu batareya və 4G modem ilə təchiz olunub.
Smartfon həmçinin Micro-USB və USB Type-C girişlərinə sahibdir. Cyrcle Phone Android 9 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonda tətbiqləri işə salan zaman həmin tətbiqlər adi smartfonlarda olduğu kimi düzbucaqlı formatda işə düşürlər. Lakin startap sonradan istifadəçi interfeysini dairəvi ekran üzrə optimizasiya edəcəyini söz verib. Cyrcle Phone-nun satışları 2021-ci ilin birinci rübünə planlaşdırılır. Onun qiyməti isə 700$ təşkil edəcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!