main-post-cover

    Chang'e-6 aparatının Ay səthində süxur nümunələrini yığması videosu təqdim edilib (VİDEO)

    Elm & Texnologiya
    04.06.2024
    Emil Nəcəfov
         Dünən məlum oldu ki, keçən həftənin bazar günü səhər saatlarında Çinin Chang’e-6 adlı aparatı Ayın qaranlıq tərəfinə uğurla eniş edib və Ay süxur nümunələrinin yığılması prosesinə start verib. Öz əsas missiyasının yerinə yetirilməsinə başlaması ilə Chang’e-6 aparatı Yer kürəsinə ilk videosunu da göndərib. Aparat tərəfindən göndərilmiş videoda onun Ay süxur nümunələrini necə yığdığı əks olunub. Videodan da görmək olar ki, aparat bunu xüsusi robot əl vasitəsilə reallaşdırır. Sözügedən video digər kosmik videolar ilə müqayisədə yüksək keyfiyyətə sahibdir. Buna görə də Ay səthini detallı şəkildə görmək olar.
         Məlumata əsasən Ay süxur nümunələrinin yığılması üçün nəzərdə tutulmuş robot əlin uzunluğu 3.7 metr təşkil edir. Onun çalışqan hissəsi xüsusi başlıq hesabına süxur nümunələrini yığa bilir. Həmin başlıq sayəsində Chang’e-6 həmçinin qazıntı işini apararaq süxur nümunələrinin yığılmasını və daşınmasını reallaşdıra bilir. Qeyd etmək lazımdır ki, sözügedən aparat artıq Ayın qaranlıq tərəfini tərk edib və Ay orbitində yerləşən kosmik aparata çatdırılıb. Növbəti mərhələdə isə həmin kosmik aparat Chang’e-6-nı Yer kürəsinə çatdırmalıdır. Qeyd etmək lazımdır ki, bu, insanlıq tarixində Ayın qaranlıq tərəfindən əldə edilmiş ilk süxur nümunələridir. Həmin süxurların təqribi olaraq 4 milyard il yaşı var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinin Chang'e-6 aparatı uğurlu şəkildə Ayın qaranlıq tərəfinə eniş edib (VİDEO)
    cinin-change-6-aparati-ugurlu-sekilde-ayin-qaranliq-terefine-enis-edib-video