main-post-cover

    Chrome brauzerinin yeni versiyası daha sürətli və təhlükəsiz olacaq

    Elm & Texnologiya
    25.03.2021
    Farid Pardashunas
        Məşhur Chrome brauzerinin tərtibatçıları Chrome 90 versiyasında olacaq vacib yeniliklər barəsində məlumat veriblər. Məlumata əsasən brauzerin yeni versiyasında reallaşdırılacaq əsas yenilik bütün ünvanlar üçün standart olaraq HTTPS bağlantıya keçid olacaq. Şirkətin verdiyi məlumata əsasən bu cür yenilik saytların yüklənmə sürətlərini də artıracaq. Chromium mühərrikinin rəsmi bloqunda yerləşdirilmiş məlumatda qeyd edilib ki, sözügedən yeni funksiya istifadəçinin bu və ya digər saytın ünvanını prefiksiz yerləşdirməsi zamanı işə düşəcək.
    Chrome 90
        Hal hazırda brauzer ilə sayt arasında ikitərəfli şifrələnmiş bağlantı imkanını verən daha təhlükəsiz HTTPS standartı bir çox internet resurs tərəfindən dəstəklənir. Bununla yanaşı bu protokol dəstəklənən saytlar üçün HTTP-dən HTTPS-də keçid prosesindən yan keçməklə saytların yüklənmə sürətlərini artıracaq. HTTPS şəbəkə vasitəsilə ötürülən trafiki elə şifrələyir ki, hackerlər hətta istifadəçilərin saytlarda daxil etdikləri konfidensial məlumatları əldə edə və ya dəyişə bilmirlər. HTTPS-in dəstəklənmədiyi resurslara daxil olan zaman Chrome 90 avtomatik olaraq HTTP bağlantıya keçid edəcək. Brauzerin yeni versiyası yaxın zamanda desktop və Android istifadəçilər üçün təqdim olunacaq. Daha sonra isə o, iOS istifadəçiləri üçün istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər