Cihazlara toz ilə enerji təmin edilməsi mümkün olacaq

Cihazlara toz ilə enerji təmin edilməsi mümkün olacaq

Texnologiya
13.08.2017 PAYLAŞIM

ABŞ ordusunu cihazların ehtiyat batareyalarının meydana gətirdiyi yükdən qurtarmaq istəyən elm insanları, suyla təması halında yüksək miqdarda enerji istehsal edən bir toz inkişaf etdirdiklərini açıqladılar.Həyatımızın imtina edilməz bir parçası halına gələn smartfonlar və tablet kimi mobil cihazların son illərdə olduqca təsirli bir şəkildə istifadə edilməyə başlandığı sahələrdən biri də, silahlı qüvvələr yəni ordular oldu.

Hərbi qulluqçuların işini olduqca asanlaşdıran bu mobil cihazlar ilə yaşanan ən böyük çətinlik isə, batareyası tükəndiyində rabitə kəsildiyi üçün ehtiyat batareya və ya güc qaynağı kimi əlavə cihazları daşımaq məcburiyyətində qalmalarıdır.


ABŞ ordusunda vəzifəli mütəxəssislər, batareyaların meydana gətirdiyi yükü yüngülləşdirmək üçün reallaşdırdıqları tədqiqatlarda, istifadə etdikləri təcrübi vəsaitlərdən birisinin suyla təmas halında yüksək miqdarda enerji istehsal etdiyini müəyyən etdilər.

Ubergizmo-ya görə ABŞ-ın Maryland əyalatində olan ABŞ Quru qüvvələri tədqiqat laboratoriyasında vəzifəli mütəxəssislər, nanogalvanik alüminium əsaslı bir tozu su ilə qarışdırdıqlarında, su üzərində qabarcıqlar meydana gəldiyini fərq edərək daha ətraflı bir tədqiqat etməyə başladılar.

Mütəxəssislər ətraflı bir araşdırma nəticəsində meydana gələn reaksiyanın, suyun oksigen və hidrogen elementlərinin bir-birindən ayrılmasına səbəb olan bir hidrolizə nəticəsində olduğunu müəyyən etdilər.Az miqdarda su ilə qarışdırılan tozun oyuncaq bir tankı işlətməyi bacardığını ifadə edən mütəxəssislər, təxminən 1 kiloqramlıq bir toz ilə yalnız üç dəqiqə ərzində 220 kilovat enerji istehsal edilə biləcəyini hesabladıqlarını ifadə edirlər.

Laboratoriyanın silah və vəsait tədqiqat direktorluğunu icra edən fizikaçı Anit Giri, bu inkişafın olduqca həyəcan verici olduğunu ancaq gündəlik həyatda istifadə edilməsinin hazırda mümkün olmadığını ifadə edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×