main-post-cover

    Çin 2030-cu ildə Yer kürəsinin orbitində xüsusi stansiya ilə Günəş enerjisini əldə etməyə başlayacaq

    Elm & Texnologiya
    30.06.2021
    Farid Pardashunas
        Yer kürəsinin səthindən 36.000 km hündürlükdə sahəsi 1 kvadrat kilometr olacaq Günəş stansiyasını inşa etmək üçün Long March 9 adlı ağır raket yüzlərlə uçuş missiyası reallaşdırmalıdır. Honkonqda keçirilmiş xüsusi prezentasiya zamanı Günəş stansiyasının baş konstruktoru Long Lehao bu məlumatları verib. Stansiya vasitəsilə əldə olunacaq Günəş enerjisi Yer kürəsinə mikrodalğalar və ya lazerlər vasitəsilə ötürüləcək. Long Lehao-nun sözlərinə əsasən sözügedən layihəyə 2022-ci ildə xüsusi prototipin testi ilə start veriləcək. 2030-cu ildə isə Yer kürəsinin orbitində bir neçə meqavatt gücündə elektrik enerjsinin generasiya olunması planlaşdırılır.

    Göstəricilər giqavatt-lar həcminə çatdıqda isə stansiya artıq tam iş prosesinə keçid edəcək. Bu isə 2050-ci ilə kimi baş verməlidir.

        Ümumi sahəsi 1 kvadrat kilometr olacaq günəş panellərinin və enerjinin ötürülməsi üçün nəzərdə tutulmuş mikrodalğa sisteminin inşası üçün Long March 9 adlı ağır raket yüzlərlə uçuş missiyası reallaşdırmalı olacaq. Bundan əlavə olaraq Yer kürəsinin orbitində yığılacaq 10.000 ton infrastruktur lazım gələcək. Çin Yer kürəsinin orbitində Günəş enerjisinin generasiyası layihəsini ilk dəfə 2008-ci ildə kosmonavtikanın əsas tapşırıqlarından biri siyahısına əlavə etmişdi. 2019-cu ildə isə Çinin Kosmik Texnologiyalar Akademiyası enerjinin naqilsiz ötürülməsi üzrə tədqiqatların aparılması üçün xüsusi bazanın inşa edilməsinə start vermişdi.
        Long Lehao tərəfindən keçirilmiş prezentasiya əsasında məlum olub ki, Long March 9 ağır raketinin konstruksiyasında bir sıra dəyişikliklər olacaq. Prezentasiyada olmuş slaydlardan birində raketin keçmiş dizaynı əks olunub. Keçmiş dizayna əsasən raket 10 metr hündürlüyündə olan əsas pillədən və əsas pillənin ətrafında 5 metr hündürlüyə sahib sürətləndirici mühərriklərdən ibarətdir. Həmin sistemi YF-135 adlı 16 mühərrikdən ibarət digər sistem əvəz edəcək. Nəticədə raketin Yer kürəsi orbitinə yük daşıma bacarığı 140 tondan 150 tona yüksələcək. Yer kürəsinin orbitinə uçuş missiyalarının yerinə yetirilməsi üçün raketin 2 pilləli versiyasından istifadə olunacaq. 3 pilləli versiyadan isə Ay və daha uzun məsafəli uçuşlar üçün istifadə olunacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər