main-post-cover

    Çin 2035-ci ilə qədər Ay bazasını inşa edəcək

    Elm & Texnologiya
    11.09.2024
    Emil Nəcəfov
         Çin elan edib ki, planlaşdırılan Ay bazası iki ayrı-ayrı mərhələ şəklində reallaşdırılacaq və bu layihə çərçivəsində obyektlər həm Ay səthində həm də onun orbitində mövcud olacaqlar. Rusiya ilə Çinin birgə layihəsi olan Beynəlxalq Ay Tədqiqat Stansiyasının (ILRS) inşası ilə bağlı planların ilk variantı hələ 2021-ci ilin iyun ayında təqdim edilmişdi. İndi isə məlum olub ki, Ay bazasının avtonom rejimdə inşası qərara alınıb. Bunun üçün 2030-cu ildən 2035-ci ilə kimi Aya 5 ədəd ağır raket uçuş missiyası reallaşdırılacaq. Rəsmi Pekin öz növbəsində ILRS layihəsinin iki mərhələli planını daha ətraflı şəkildə açıqlayıb və bu layihədə aparıcı rolu öz üzərinə götürüb. Məlumata əsasən layihənin ilk mərhələsi təqribi olaraq 2035-ci ildə yekunlaşacaq.
         Həmin ilə qədər Ay bazası təbii peykin Cənub qütbünə yaxın sahəsində inşa edilməlidir. Ay bazasının daha böyük tikililərdən təşkil olunacaq kompleksi isə təqribi olaraq 2050-ci ilə qədər hazır olacaq. Bu layihənin mərkəzi hissəsi orbital Ay stansiyası, əsas bazası isə Cənub qütbündə inşası planlaşdırılan baza olacaq. Sözügedən layihə həmçinin Ay ekvatorunda və onun qaranlıq tərəfində tədqiqat mərkəzlərinin yaradılması mümkünlüyünü də özündə birləşdirir. ILRS-ın enerji mənbəyi qismində günəş panelləri və nüvə generatorları çıxış edəcəklər. Bu layihənin infrastrukturu çərçivəsində Yer kürəsi ilə əlaqə şəbəkəsi, Ay səthində yüksək sürətli əlaqə şəbəkələri və müxtəlif nəqliyyat vasitələri reallaşdırılacaq. Hal-hazırda bu layihədə iştirak üçün müxtəlif ölkələr sorğu göndərirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər