
2017-ci ildə investorlar Çinin texnoloji şirkətlərinə vəsaitlər yatırmağa davam etdilər. Diqqət mərkəzində əsasən birgə istifadə iqtisadiyyatı və videoservislər oldu. Technode saytı Çinin ən yüksək investisiyalar almış 5 İT şirkətinin siyahısını tərtib edib.
Didi Chuxing (9.5 milyard dollar):
İnterneti necə məhv etmək olar?
Keçən il 7.3 milyard dollar investisiya almış Çinin car-sharing nəhəngi 2017-ci ildə də öz aktuallığını saxlayıb. Bu ilin Aprel və Dekabr ayında keçirilmiş investisiya raundlarından sonra şirkət ümumilikdə 9.5 milyard dollar investisiya cəlb edib. Əgər əvvəllər “Didi” digər bazarlara çıxmağı planlaşdırırdısa, bu il o öz qlobal planlarını həyata keçirtməyə başlayıb. Belə ki, bu ilin Mart ayında servis Kaliforniyada ofis açmış və Apple Pay dəstəyini əldə etmişdir. Şirkətin sahib olduğu uğurun əsas səbəblərindən biri də onun təqdim etdiyi xidmətlərin müxtəlifliyi olub. Belə ki, şirkət aktiv şəkildə velosiped icarəsi, yemək çatdırılması və elektron ödəmə servislərini də inkişaf etdirir.
iQiyi (1.53 milyard dollar):
Çində YouTube servisinin analoqu kimi fəaliyyət göstərən iQiyi bu il 1.53 milyard dollar investisiya alıb. Vəsaitin 300 milyon dollarını isə servisə “Baidu” şirkəti yatırıb. Bu şirkət həmçinin servisə daimi olaraq öz dəstəyini verir. Əldə olunmuş vəsaitlər çox güman ki, kontentin əldə olunması üçün xərclənəcək. Bu bazarda uğurlu olmaq üçün video yayımı edən saytlar həm özlərinin həmdə əməkdaşlıq etdikləri digər saytların yaratdıqları keyfiyyətli kontentlərə vəsait yatırmalıdırlar.
Ofo (1.15 milyard dollar) və Mobike (1 milyard dollar):
Velosiped icarəsi ilə məşğul olan bu iki şirkət 2017-ci ildə də çox uğurlu olmuş və külli miqdarda investisiyalar cəlb etmişdilər. Onların fəaliyyət göstərdikləri bazar Çində yüksək sürətlə böyüməkdə və inkişaf etməkdə davam edir. Bununla yanaşı şirkətlər arasındakı rəqabət isə ölkə sərhədlərindən də kənara çıxır. Şaiyələrə əsasən investorlar bu iki şirkətin birləşməsi üçün onların rəhbərlərinə təzyiqlər göstərirlər. Lakin şirkətlər rəsmi olaraq bildiriblər ki, bu cür variant onların diqqət mərkəzində deyil.
Koubei (1.1 milyard dollar):
“Alibaba”nın əməkdaşı olan və yerli kommersiya bazarında fəaliyyət gpöstərən Koubei bu ilin Yanvar ayında ilk dəfə xarici investorlardan vəsait cəlb etmişdir. Bir dəfəyə bu servis 1.1 milyard dollar investisiya aldı. Koubei 2015-ci ildə “Alibaba” və onun digər şirkəti “Ant Financial” şirkəti tərəfindən təsis edildi. Servis mobil ödəmələr üçün nəzərdə tutulurdu. Şirkətin ideyasının məğzi yerli riteylerlərin internetə cəlb olunaraq onların dəstəklənməsindədir.
Toutiao (1 milyard dollar):
Xəbərlərin oxunması üçün nəzərdə
tutulmuş tətbiq bu ilin Aprel ayında 1 milyard dollar investisiya almış və daha
2 milyard dollar almağı da planlaşdırır. Bu cavan startapın son illərdə qiyməti
bir xeyli artıb. Beləliklə o, bazarın digər oyunçuları ilə rəqabət apara və hətta
digər layihələrə də öz investisiyalarını yatıra bilər.
Şərh yoxdur