Çin də özünün Hyperloop nəqliyyat növünü inşa edəcək
Elm & Texnologiya
30.08.2017
Farid Pardashunas
Çinin aerokosmik korporasiyası CASIC (China Aerospace Science and Industry Corp), özünün Hyperloop nəqliyyatını yaradacağını elan edib.
CASIC tərəfindən yaradılacaq Hyperloop, Xubey vilayətinin
Uxan şəhərində inşa ediləcək. İnşa ediləcək Hyperloop, maqnit relslərlərdən
ibarət olacaq. Sərnişin kapsulları isə bəzən tunellər, bəzən isə yerin üzərində
olacaq vakuumlu borular vasitəsilə hərəkət edəcəklər. Güman olunur ki, sərnişin
kapsulunun sürəti saatda 1000 km olacaq. CASIC, Çində ilk, dünya üzrə isə
Hyperloop Transportation və Hyperloop One şirkətlərindən sonra üçüncü müəssisədir
ki, bu cür texnologiyanın yaradılmasını elan edib. CASIC təmsilçilərinin sözlərinə
görə korporasiya, sistem mühəndisliyi və səs sürətli nəqliyyat vasitələrinin hazırlanması sahəsində yaxşı təcrübəyə sahibdir. Qeyd etmək lazımdır ki, CASIC,
NASA-nın, Çindəki analoqudur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ