main-post-cover

    Çin dünyanın ilk kosmik günəş elektrostansiyasını inşa edəcək

    19.02.2019
    Farid Pardashunas
        İlk cihazlar Yer kürəsinin stratosfer hissəsində yerləşdiriləcəklər. Daha sonra isə stansiyalar Yer kürəsinin geostasioner orbitinə (Yerin ekvator xətti üzərində yerləşən dairəvi orbit) çıxarılacaqlar. Bu cür sistem Yer kürəsinin səthində yerləşən günəş elektrostansiyalarından 6 dəfə daha effektiv olacaq və 24 saat ərzində elektik enerjisinin verilməsini təmin edəcək. Elmi- fantastik səviyyədə olan bu layihə yaxın onilliklər ərzində reallaşdırılacaq.. Bu barədə Hightech.plus saytı xəbər verib. Çinin cənub-qərb hissəsində yeləşən Çuntsin şəhərində, kosmosda yerləşdiriləcək ilk günəş elektrostansiyasının inşasına start verilib.
        Çinin kosmik cihazları avtomatik olaraq günəş enerjisini elektrik enerjisinə çevirəcək və daha sonra elektrik enejisini Yer kürəsinə ya mikrodalğalar ya da lazerlər vasitəsilə ötürəcəklər. Plana əsasən 2021-2025-ci illərdə Çin Yer kürəsinin stratosferinə bir neçə kilovatt gücə sahib kiçik stansiyaları göndərəcək. 2030-cu illərdə stansiyaların gücləri bir neçə meqavatt-a, 2050-ci ilə kimi isə giqavatt-a çatacaqlar. Layihənin əsas yekun məqsədi 36.000 km hündürlükdə günəş enerjisinin yığılması ilə məşğul olacaq inanılmaz güclü sistemin yaradılmasıdır.

        Çinin kosmik texnologiyalar üzrə akademiyasının (CAST) mütəxəssisləri güman edirlər ki, günəş elektrostansiyası 24 saat ərzində elektrk enerjisinin ötürülməsini təmin edə biləcək və o, Yer kürəsinin səthində yerləşən günəş elektrostansiyalarından 6 dəfə daha effektiv çalışacaq. Çinli alimlərin bu layihəni necə reallaşdıracaqları hələ tam aydın deyil. Belə ki, kosmik günəş elektrostansiyasının ağırlığı 1000 ton olacaq. Bu isə Beynəlxalq Kosmik Stansiyanın ağırlığından 2.5 dəfə çoxdur. Lazımi təchizatların orbitə çatdırılması da heç asan olmayacaq.
        Tədqiqatçılar güman edirlər ki, elektrostansiyanın yaradılmasında robotlardan və 3D printerlərdən istifadə olunacaq. Həmçinin mikrodalğalı şüalanmaların Yer kürəsinin atmosferinə və onun ətraf mühitinə necə təsir edəcəyi də məlum deyil. CAST təmsilçiləri qeyd ediblər ki, kosmosda olacaq günəş elektrostansiyası tükənməz elektrik enerjisi mənbəyi olacaq və o, elektromobilləri istənilən zaman istənilən yerdə şarj edə biləcək. Çin üçün bu, ciddi arqumentdir. Belə ki, Çin elektromobillərdən istifadə üzrə lider ölkədir. Lakin mühəndislər Yer kürəsinin səthində yerləşən şarj stansiyalarının kosmosdakı günəş elektrostansiya ilə necə əlaqəli şəkildə çalışacağı barəsində heç bir məlumat verməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər