main-post-cover

    Çin hökuməti real zaman ərzində elektromobil sahiblərini izləyir

    01.12.2018
    Emil Nəcəfov
        Çin hökuməti real zaman ərzində elektromobil sahiblərini izləyir. Məmurlar elektromobillərin harda yerləşdikləri, onların hansı səviyyədə enerjiyə sahib olduqlarını və s. kimi məlumatları əldə edirlər. Məlumata əsasən bu məlumatlar guya trafikin idarəolunması və yollardakı yüklənməni aradan qaldırmaq üçün yığılır. Hal hazırda çində 220.000 ədəd elektromobil qeydiyyatdan keçib. 2016-cı ildə yaradılmış dövlət qanununa əsasən elektromobil istehsalçıları ölkənin müxtəlif yerlərində yerləşən məlumat emal mərkəzlərindən keçən nəqliyyat vasitələri məlumatlarını yığmalıdırlar. Məlumata əsasən Çin hökuməti bu məlumatlardan aktiv şəkildə istifadə edir. Bununla belə Şanxayın yol hərəkəti mərkəzinin rəhbərinin verdiyi məlumata əsasən məmurlar bu məlumatlardan elektromobil sahiblərinin izlənilməsində istifadə etmirlər və onlar bu məlumatları polislərə ötürmürlər.
    Linki kopyala