Çin, ICO-dan sonra bitcoin alış-satışına da qadağa qoymağa hazırlaşır

Çin, ICO-dan sonra bitcoin alış-satışına da qadağa qoymağa hazırlaşır

19.09.2017 PAYLAŞIM

Çinin nizamlayıcı orqanları, bitcoin alışı və satışı ilə məşğul olan kanalların tamamilə qadağan olunmasına qərar verib. Bu barədə The Wall Street Journal, öz mənbələrinə istinadən xəbər verib. Sentyabr ayının əvvəlində Çin höküməti, ICO-nun keçirilməsinə və bir sıra məlumatlara əsasən kriptovalyuta birjalarının işinə qadağa qoydu. Məlumata əsasən 15 Sentyabr tarixində Çin hökümətinin təmsilçiləri, Çinin, kriptovalyuta sahəsində çalışan böyük şirkət rəhbərləri ilə gizli görüş keçirdib. Həmin görüşdə daha irimiqyaslı qadağa planlarından söhbət gedib.

Əsasən bitcoin alış və satışının qadağası məsələsi həmin görüşün əsas mövzusu olub. Bu qadağa, xarici kriptovalyuta birjalarına və WeChat messencerində bitcoinlərin satışı ilə bağlı müqavilələrə də şamil oluna bilər. Son günlərdə bitcoin istifadəçiləri, WeChat-dan Telegram-a keçid ediblər. Sözügedən görüşdə təqdim olunmuş sənədə əsasən Çin höküməti, 20 Sentyabr tarixinə kimi kriptovalyuta birjalarından, fəaliyyətlərini dayandırmağı və bank akkauntlarının məlumatlarının təqdim edilməsini tələb edir.

Hal hazırda Çin höküməti, kriptovalyuta birjalarına qadağa qoyulmasını rəsmi olaraq təsdiqləməyib. Lakin, BTCC, Huobi və OKCoin kimi böyük birjalar bu ticarətin dayandırılmasına söz veriblər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..