Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
Elm & Texnologiya
02.10.2024
Farid Pardashunas
Çin, 2030-cu ilə qədər Ayın səthinə astronavt göndərmək üçün iddialı planlarını sürətləndirir. Çin eyni zamanda bu planlar üçün istifadə olunacaq yeni skafandrlarını da təqdim edib.
Dövlət televiziyası CCTV-nin bildirdiyinə görə, bu yüngül quruluşlu geyim, astronavtlara (taykonot və ya hángtiān yuán) Ay səthində gəzinti, dırmaşma, rover idarəetməsi və müxtəlif elmi tədqiqatlar aparmaq imkanı verəcək. Geyim, Ayın çətin şərtlərinə davam gətirəcək şəkildə istiliyə və Ay tozuna qarşı qoruma təmin edən xüsusi bir parçadan hazırlanıb. Həmçinin, aşağı cazibə qüvvəsi şəraitində hərəkət qabiliyyətini artırmaq məqsədilə diz oynaqlarına xüsusi mexanizmlər əlavə olunub.
Çinin yeni kosmos geyimi, əvvəlki Ay gəzintilərində istifadə edilən ağır geyimlərə nisbətən daha incə quruluşdadır və qabaqcıl texnologiyalarla təchiz olunub. Kaska panoramik əks olunma əleyhinə üzlük ilə uzun və qısa fokuslu kameralar daxildir, sinə hissəsinə yerləşdirilmiş idarəetmə konsolu isə rabitə kimi kritik sistemlərlə əlaqəlidir. Bu xüsusiyyətlər astronavtların vəzifə zamanı daha səmərəli və təhlükəsiz hərəkət etmələrini təmin edəcək.
Estetik baxımdan da önəmli detallara sahib olan geyim üçün Çin İnsanlı Kosmik Agentliyi (CMSA), bu yeni nəsil Ay geyiminə uyğun bir ad tapmaq məqsədilə xalq arasında bir müsabiqə təşkil edib. Müsabiqənin həm Çinin mədəni irsini əks etdirən, həm də qabaqcıl texnologiyanı vurğulayan bir ad ortaya çıxaracağı gözlənilir.
Çin, Ayda ilk insanlı missiyasını 2030-cu ildən əvvəl həyata keçirməkdə qətidir. Bu plan çərçivəsində 2 ədəd Long March 10 raketi buraxılacaq. Onlardan biri astronavtları daşıyan ekipaj kapsulunu, digəri isə pilotsuz Ay eniş aparatını Ay orbitinə çatdıracaq. Orbitdə birləşəcək bu 2 aparatdan eniş aparatı, 2 astronavtı Ay səthinə endirəcək. Astronavtlar bir neçə saat davam edəcək elmi fəaliyyətlərdən sonra orbitdə gözləyən üçüncü ekipaj yoldaşı ilə görüşərək Yerə qayıdacaqlar.
Lakin Aya dönüş yarışında təkcə Çin iştirak etmir. NASA da 1972-ci ildəki son Apollo missiyasından bəri ilk ekipajlı Ay enişi üçün çalışır. Bu kontekstdə agentlik, Artemis 3 proqramı çərçivəsində 2026 və ya 2027-ci illərdə Ayın cənub qütbünə astronavt endirməyi planlaşdırır. Yaxın gələcəkdə, Amerikan və Çinli astronavtların Ayın müxtəlif bölgələrində kəşfiyyatlar apardığını görəcəyimiz ehtimal olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Çinin Shenzhen Bay Parkında Milli Gün qeyd etmələrinin əvvəlində 10.197 drondan ibarət möhtəşəm dron şousu keçirilib və 2 dünya rekordu qırılıb.
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Milyardlarla il əvvəl Mars, axan suyu və qalın atmosferi olan canlı bir planet idi. Bəs bu atmosfer hara getdi? Alimlərin fikrincə, bunların hamısı Marsın gillə örtülmüş qabığında gizlənir.
Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
2024 PT5 adlandırılan yeni bir asteroid, qısa müddətlik də olsa Yer kürəsinin ikinci peyki olacaq.
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəliyin səsini paylaşıb! (Video)
NASA, 250 milyon işıq ili uzaqlıqdakı qara dəlikdən gələn qorxulu səsi eşidilə bilən hala gətirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!