Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub

Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub

Texnologiya
07.06.2021 PAYLAŞIM

    Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar ortaya çıxıb. Məlum olub ki, kosmik stansiya adi kimyəvi elementlər əsasında çalışan mühərriklər ilə deyil, ion mühərriklər ilə çalışacaq. Qeyd etmək lazımdır ki, kosmik stansiyanın Tianhe adlı ilk modulu aprel ayında Yer kürəsinin orbitinə göndərilmişdi. Bu modul 4 ədəd ion mühərrikə sahibdir. Gözləntilərə əsasən o, planetlərarası səyahət üçün nəzərdə tutulacaq kosmik gəmilər sahəsində inqilab yaradacaq prototip olacaq. Məsələn adi mühərriklər vasitəsilə Mars planetinə 8 ay ərzində çatmaq mümkündür. Lakin ion mühərriklər bunu 39 günə edə bilərlər.

    Bununla yanaşı ion mühərriklər yanacaq sərfiyyatı məsələsində də effektiv olacaqlar. Belə ki, BKS (Beynəlxalq Kosmik Stansiya) il ərzində 4000 kq yanacaq sərf edirsə, Çin Kosmik Stansiyası ildə 400 kq yanacaq sərf edəcək. Əvvəllər düşünülürdü ki, bu cür texnologiyanı kosmik gəmi öçüsündə miqyaslaşdırmaq problemli məsələdir. Lakin məlum olub ki, çinli alimlər tərəfində yaradılmş ion mühərriklərdən biri artıq 11 aydır ki, fasiləsiz olaraq çalışır. Mühərrikin stabil çalışma effektini maqnit sahəsi sayəsində əldə etmək mümkün olub. Belə ki, maqnit sahəsi mühərrikin eroziyasının qarşısını alır. Bundan əlavə olaraq xüsusi keramik material mühərriki radiasiyalardan da qoruyur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×