Çin özünün Silikon Vadisini yaradacaq

Çin özünün Silikon Vadisini yaradacaq

Texnologiya
21.01.2019 PAYLAŞIM

    Silikon Vadisinin Çin analoqunun inkişaf planı gələn ayın sonunda təqdim ediləcək. Layihənin hazırlanması artıq sona çatıb. Məlumata əsasən sözügedən layihənin hazırlanması üçün 3 ildən çox vaxt sərf edilib. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə körfəzin böyük rayonu özündə Honkonqu, Makaonu və Quançjou ilə Şençjen də daxil olmaqla Quandun əyalətinin 9 şəhərini birləşdirəcək. Birləşdiriləcək ərazinin ümumi sahəsi 56.6 min kvadrat kilometrdən böyük olacaq və orda 67.6 milyon insan yaşayacaq. Hökumət üstünlüyü Çinin cənub hissəsinə heç də əbəs yerə verməyib. Belə ki, təkcə 2016-cı ildə ölkənin ümumi daxili məhsulunun 12.5%-i məhz bu regionun payına düşmüşdü.

    Güman edilir ki, Honkonq sözügedən regionun maliyyə, ticarət mərkəzi və həmçinin əsas nəqliyyat şəbəkəsi olacaq. Çox zaman Asiyanın Las Veqası kimi adlandırılan Makao isə turistlərin cəlb olunacağı yer və portuqal dilli ölkələr ilə ticarət platforması kimi çıxış edcək. Dünyanın bütün nöqtələrindən olan startapların yerləşdikləri və öz məhsullarını istehsal etdikləri sənaye mərkəzi olan Şençjen şəhəri innovasiyaların öz diqqətini innovasiyaların yaradılmasına ayıracaq. Məlumata əsasən bu layihə əslində çoxdan təqdim edilməli idi. Lakin onun yaradıcıları bir sıra problemlər ilə qarşılaşmalı oldular.

Bənzər xəbər


    Məsələn Honkonq ilə Makao Çinin xüsusi administrativ rayonlarına aiddirlər və onlar xüsusi gömrük, vergi və iqtisadi qaydalara sahibdirlər. Əgər bütün problemlər həll olunsa və qanunvericilik yeganə hala gətirilsə, Çinin Silikon Vadisi versiyası artıq 2035-ci ilə kimi yaradıla bilər. Bir sıra analitiklərin fikrincə Çin bu layihəni çox çətinliklə reallaşdıra biləcək. “Çin şəhərləri birləşmək əvəzinə çox zaman öz aralarında rəqabət aparırlar. Bu isə bu cür layihənin reallaşmasında çətinliklər yaradır” – deyə analitiklərdən biri qeyd edib.

    Çində Silikon Vadisinin analoqunun yaradılması yalnız formal bir şeydir. Belə ki, ölkədə ABŞ şirkətləri ilə rəqabət apara biləcək artıq böyük texnoloji şirkətlər mövcuddur. Mütəxəssislərin fikrincə müəyyən vaxtdan sonra bu rəqabət daha da kəskinləşəcək. Çin texnologiyalarının real inkişaf səviyyəsi gizlin şəkildə qalır. Biznesə baxış tərzinin fərqlənməsi isə öz növbəsində Qərb mütəxəssislərinin Asiya bazarının İT sahəsinin qiymətləndirməsində çətinliklər yaradır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×