Logo
    main-post-cover

    Çin özünün Starlink analoqunu hazırlamağa başlayıb

    Elm & Texnologiya
    27.11.2023
    Emil
         Çin SpaceX şirkətinin Starlink peyk internetinin geniş şəkildə yayılmasından narahatlıq duyur. Buna görə də ölkə özünün peyk internetini yaratmaq niyyətindədir. Bu ilin əvvəlində Çin hökuməti elan etmişdi ki, onun peyk internet layihəsi Guowang adlanacaq. Keçən həftə isə bu layihə çərçivəsində Yer kürəsinin orbitinə ilk təcrübi internet peyki göndərildi. Çinin Long March 2D adlı raketi təcrübi internet peykini Xichang kosmodromundan start götürərək Yer kürəsinin orbitinə çatdırıb. Ümumilikdə isə ölkə Yer kürəsinin orbitində 13 000 ədəd peykdən ibarət qruplaşma yaratmağı planlaşdırır. Bu, SpaceX-in planlaşdırdığı peyk sayından daha azdır. İki il bundan öncə China Satinine adlı şirkət təsis edildi. Çinin peyk internetinin operatoru qismində məhz sözügedən şirkət çıxış edəcək.
    Paylaş