Çin polisi smart Günəş eynəklərini mövcud hakimiyyəti qorumaq üçün də istifadə edəcək

Çin polisi smart Günəş eynəklərini mövcud hakimiyyəti qorumaq üçün də istifadə edəcək

13.03.2018 PAYLAŞIM

 Ötən ay Çin polisinə məxsus smart Günəş eynəkləri təqdim olunmuşdu. Bu eynəklər sayəsində polislər şübhəliləri və günahkarları minlərlə insanın arasından rahatlıqla müəyyən edə və cəzalandıra bilir.

   The Wall Street Journal-ın xəbərinə görə smart eynəklər Zhengzou-da istifadə olunan Pekin mərkəzli "LLVision Technology" şirkəti tərəfindən istehsal olunub. Şirkətin CEO-su Wu Fei eynəkləri hazırlamaq üçün yerli polis təşkilatlarıyla birgə işlədiklərini vurğulayır. İstifadədən bir müddət keçdikdən sonra Çin Dövlət Televiziyası smart Günəş eynəklərinin bir gündə 7 şübhəlini aşkara çıxardığını bildirdi. Amma müxalif yönümlü təşkilatlar bu eynəklərin dövlətin nəzarəti ələ almasında bilavasitə rol oynadığını düşünürlər.

Son açıqlamalar belə düşünməyin əsaslı olduğunu göstərir. Belə ki, bu ayın əvvəli təşkil olunan parlament iclasında prezident Xi Jinping eynəklərin dövlət əleyhinə fikirlər səsləndirən, yazılar yazan və təxribatlar törətməyə cəhd edən şəxslərin axtarışında da istifadə olunacağını bəyan etmişdi. Bunun üçün Çin hökümətinin əlində minlərlə şəxsin adının yazıldığı qara siyahı var.



   Qeyd edək ki, Çin polisi Smart Günəş eynəyini ilk dəfə Zhengzou şəhərinin izdihamlı Dəmiryolu Vağzalında istifadə etmiş və bir gün ərzində 7 şübhəlini ələ keçirmişdi. Şübhəlilər oğruluqdan tutmuş insan qaçaqmalçılığına qədər bir çox səbəbdən axtarışa verilmişdi. Bundan əlavə, bu günə qədər Çin polisi 26 nəfərin saxta sənədlə Zhengzou Vağzalında gəzdiyini müəyyən edib.

   Ümumiyyətlə Çin, bir müddətdir ki, asayişi qorumaq məqsədilə müxtəlif texnologiyalardan istifadə edir. Bütün bu inkişaf ölkənin prezidenti Xi Jinpingin ömürlük hakimiyyətdə qalmaq istəyindən qaynaqlana bilər. Ölkədə hal-hazırda qeydə alınan 170 milyon CCTV kamera quraşdırılıb və qarşıdakı 3 il ərzində 400 milyon yeni kameranın quraşdırılması gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×