Çin şirkəti Neucyber adlı beyin çipini təqdim edib
Elm & Texnologiya
29.04.2024
Farid Pardashunas
Çinin Beijing Xinzhida Neurotechnology şirkəti Neucyber adlı beyin çipini təqdim etməklə elm cəmiyyətinin diqqətini öz üzərinə çəkib. Beyin ilə kompüter arasında əlaqənin qurulmasına hədəflənmiş bu beyin çipi artıq robotlaşdırılmış meymun əlinin idarəsində uğurla istifadə edilir. Reuters saytının vermiş olduğu məlumata əsasən sözügedən layihə Çin İcması Partiyası tərəfindən dəstəklənib. Məlumata əsasən Elon Musk-ın Neuralink adlı şirkətinin beyin çipindən fərqli olaraq Neucyber çipinin implantasiyası prosesində tibbi əməliyyatdan o qədər də aktiv şəkildə istifadə edilmir.
Bu faktor isə insanlar üçün daha böyük üstünlük təşkil edə bilər. Lakin Neuralink-in beyin çipindən fərqli olaraq Neucyber hələ ki, yalnız meymunlar üzərində test edilib. Onun insanlar üzərində testləri isə hələ elan edilməyib. Bununla belə Neucyber bu sahənin inkişafı və tədqiqatları üçün yeni imkanlar yaratmaqla yanaşı gələcəkdə insanların istifadə edə biləcəkləri daha təhlükəsiz neyron interfeyslərinin yaradılmasına yol açır. Qeyd etmək lazımdır ki, Neucyber hər il Pekində keçirilən Zhongguancun adlı texniki forumda təqdim olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
Huawei Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfon təqdim edilib - QİYMƏTİ