Logo
    main-post-cover

    Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)

         Çinin Shenzhen şəhərində 8100 drondan istifadə edilməklə dünyanın ən böyük dron nümayişi həyata keçirilib.

         Çinin Shenzhen Universiada İdman Mərkəzində keçirilən 2 şouda ardıcıl 2 Ginnesin Dünya Rekordu qırılıb. İlk dəfə 4 sentyabrda keçirilən nümayişdə 7 min 998 pilotsuz təyyarə ilə rekord qırılıb. Bir gün sonra isə 8 min 100 pilotsuz təyyarə ilə rekord yenilənib.
         18 dəqiqəlik işıq-kölgə şousu, Paris Olimpiadasında dron şousunu həyata keçirən komanda tərəfindən hazırlanıb. Şouların icrası vəzifəsini öz sahəsində nəhəngə çevrilmiş HighGreat həyata keçirib. Bu iş bazarının lideri olan HighGreat, Shenzhen-də yerləşən bir şirkətdir və onun tam adı Shenzhen HighGreat İnnovativ Texnologiya İnkişafı Ltd-dir.
    View post on X
    Paylaş