Çində dünyanın ən performanslı superkompüteri işə salınıb
Elm & Texnologiya
18.12.2023
Emil
Çinin Quançjou şəhərində yerləşən Milli Superkompüter Mərkəzinin mütəxəssisləri dünyanın ən performanslı olduğu iddia edilən superkompüteri işə salıblar. İşə salınmış superkompüter Tianhe Xingyi adlanır. Lakin maraqlısı ondadır ki, sözügedən superkompüterin əsasında NVIDIA, Intel və ya AMD-nin aparıcı prosessorları deyil, Çinin yerli istehsalı olan bilinməyən prosessor dayanır. Tianhe Xingyi-nin ilk əvvəl Tianhe-3 adı altında 2019-cu ildə işə salınması planlaşdırılırdı. Lakin görünür, mütəxəssislər sözügedən superkompüter layihəsinə sıfırdan yanaşıblar.
Məlumatda qeyd edilib ki, bu superkompüter FeiTeng MT3000 adlı yerli 2 nüvəli ARM prosessor əsasında qurulub. Superkompüterdə hansı sayda prosessorun olduğu bilinmir. Lakin məlumdur ki, onun maksimal performans göstəricisi 1.7 EFLOPS (ekzaflops) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, dünyanın ən sürətli superkompüteri mövzusunda daha öncəki rekord Frontier adlı superkompüterə məxsusdur və onun maksimal performans göstəricisi 1.194 EFLOPS təşkil edir.
Çinin dünyanın ən güclü 500 superkompüteri reytinqində artıq iştirak etmədiyini və öz superkompüterləri barəsində məlumatları bölüşmədiyini nəzərə alsaq, Tianhe Xingyi-nin nə dərəcədə sürətli çalışdığını təyin etmək mümkün deyil. Lakin bəzi mütəxəssislərin fikirlərinə əsasən bu superkompüterin CPU-su enerji effektivliyi mövzusunda böyük ehtimal ilə digərlərindən geridə qalır. Belə ki, çətin ki, superkompüterin CPU-su Çindən kənarda hansısa müasir texnoloji proses əsasında hazırlanır.
Paylaş
texnoloji xeberler
supercomputer
supercomputer 2023
tech news
china supercomputer
china supercomputer 2023
Bənzər xəbərlər
Elm & Texnologiya
Yeni internet standartı gecikmələri azaldacaq və internet sürətini yüksəldəcək
Yaxın zamanda istifadəçilər internetin daha sürətli olduğunu müşahidə edə bilərlər.
Elm & Texnologiya
ABŞ çip istehsalı sahəsində Tayvan və Çindən uzun illər ərzində asılı qalacaq
NVIDIA şirkətinin CEO-su Jensen Huang-ın fikrincə ABŞ yarımkeçiricilərin istehsalı sahəsində müstəqillik əldə etməkdən hələ çox uzaqdır.
Elm & Texnologiya
Elektromobillər nə dərəcədə etibarlıdır?
ABŞ-ın Consumer Reports adlı jurnalı elektromobillərin bəyan edildiyi kimi ənənəvi avtomobillərdən daha etibarlı olub-olmadıqlarını yoxlamaq üçün son 23 il ərzində 330 000 avtomobil sahibindən müxtəlif məlumatları yığıb.
Elm & Texnologiya
Soyuq hava şəraiti elektromobillərin qətt etdikləri yol göstəricisinə nə dərəcədə təsir edir?
Recurrent adlı analitik şirkət qışın soyuq hava şəraitinin elektromobillərin yolları hansı məsafədə qətt etmə bacarıqlarına necə təsir göstərdiyini aydınlaşdırıblar.
Elm & Texnologiya
Çin özünün Starlink analoqunu hazırlamağa başlayıb
Çin SpaceX şirkətinin Starlink peyk internetinin geniş şəkildə yayılmasından narahatlıq duyur.
Ən çox oxunanlar