Logo
    main-post-cover

    Çində dünyanın ən sürətli internet xətti istifadəyə verilib

    Elm & Texnologiya
    15.11.2023
    Emil
         Pekin-Uhan-Quançjou adlı 3000 km uzunluqlu magistral fiberoptik xətt uzun illər ərzində olmuş testlərdən sonra rəsmi şəkildə 13 noyabr tarixində istifadəyə verildi. Beləliklə Çinin şəbəkə infrastrukturunun inkişafı üzrə 10 illik plan artıq yekunlaşma üzrədir. İstifadəyə verilmiş yeni fiberoptik xətt saniyədə 150 film ötürmə sürətinə sahibdir. Yəni başqa sözlə desək, sözügedən fiberoptik xətt məlumatları saniyədə 1.2 Tbit (terabit) sürətlə ötürür. Bu isə ABŞ-dakı analoqdan 3 dəfə sürətlidir.
         Bu, Tsinxua Universitetinin China Mobile, Huawei Technologies Cernet Corporation şirkətləri ilə birgə əməkdaşlığının nəticəsidir. Daha öncə mütəxəssislər düşünürdülər ki, saniyədə 1 Tbit sürətə sahib internet şəbəkələri 2025-ci ildən tez istifadəyə verilməyəcək. Lakin Çində bu fikir praktiki səviyyədə aradan qaldırıldı. İstifadəyə verilmiş bu yeni magistral fiberoptik xətti Çinin gələcək internet texnologiyaları layihəsinin bir hissəsidir. Bu layihə artıq 10 ildir ki, hazırlanır. Qeyd etmək lazımdır ki, dünyadakı əksər magistral internet şəbəkələri saniyədə 100 Gbit sürətlə çalışırlar. Hətta ABŞ-ın özündə saniyədə 400 Gbit sürətli internet şəbəkələrinə yenicə keçid edilib.
    Paylaş