Çində dünyanın ilk hibrid dəniz elektrostansiyası istifadəyə verilib

Çində dünyanın ilk hibrid dəniz elektrostansiyası istifadəyə verilib

Texnologiya
03.11.2022 PAYLAŞIM

    Çinin 4 ən böyük energetik şirkətindən biri olan State Power Investment Corporation (SPIC) dünyada ilk dəfə hibrid dəniz elektrostansiyasını istifadəyə verib. İstifadəyə verilmiş hibrid dəniz elektrostansiyası eyni anda həm külək həm də Günəş enerjisi hesabına çalışa bilir. Əgər sözügedən hibrid dəniz elektrostansiya təcrübəsi uğurla yekunlaşsa, bu layihə Çində daha da inkişaf edərək genişlənəcək. Təcrübənin uğurla nəticələnməsi üçün isə hibrid dəniz elektrostansiyası qasırğalara dözümlü olmalıdır. Təcrübədən keçirilən hibrid dəniz elektrostansiyası özündə günəş panellərini birləşdirən 2 ədəd saldan ibarətdir.


    Sözügedən 2 salın maksimal gücü isə 500 kilovatt təşkil edir. Sallarda generasiya edilən Günəş enerjisi külək generatoru qülləsinə quraşdırılmış transformatora ötürülür. Daha sonra isə külək generatoru Günəş enerjisini elektrik enerjisi şəklində sualtı naqillər vasitəsilə insanlara ötürür. Bərpa olunan enerji mənbələri vasitəsilə çalışan hibrid dəniz elektrostansiya layihəsi Norveçin Ocean Sun adlı şirkəti tərəfindən hazırlanıb. Bu, dünyada ilk hibrid dəniz elektrostansiyasıdır. Norveçlilər salların konstruksiyalarını elə şəkildə fikirləşib və hazırlayıblar ki, onlar təbii hadisələrə qarşı dözümlü ola bilsinlər. Gələn il bu layihəni 20 meqavatt gücə kimi genişləndirmək planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×