
Çində insanların və robotların iştirakı ilə yarımarafon keçirilib (VİDEO)
Elm & Texnologiya
21.04.2025
Emil
Pekində yerləşən İçjuan texniki-iqtisadi inkişaf zonasında keçən həftənin şənbə günü dünyada ilk dəfə olaraq həm insanların, həm də robotların iştirak etdikləri yarımarafon keçirilib. 21 km məsafəyə qaçışda minlərlə iştirakçıya 21 ədəd insanabənzər robot da qoşulub. Çində daha əvvəl də robotlar üçün qaçış yarışları təşkil olunub, lakin Reuters agentliyinin bildirdiyinə görə, bu, insanlar və robotların birgə qatıldığı ilk yarımarafon olub. Məlumata əsasən robotların yarışda iştirak etməsi üçün əsas şərt insanabənzər konstruksiyaya malik olmaq və təkərsiz, iki ayaq üzərində hərəkət edə bilmək idi.

İnsanlar birlikdə start götürdüyü halda, robotlar 1 dəqiqəlik fasilələrlə növbə ilə qaçışa başlayıblar və onlar üçün ayrıca bir zolaq ayrılıb. Robotları yarış zamanı onları “məşqçi” proqramçılar müşayiət ediblər. Qaydalar həm tam avtonom, həm də uzaqdan əl ilə idarəetməyə icazə verirdi. Qaydalara əsasən, robotlara batareyaları dəyişməyə də icazə verilirdi. Həmçinin, zərurət olduqda robotların özlərini də estafet formatında dəyişmək mümkün idi, lakin hər bir dəyişiklik üçün 10 dəqiqəlik cərimə əlavə olunurdu. Robotlar göstərilən marşrutdan ciddi şəkildə yayınmamalı, bütün texniki qaydalara riayət etməli, eyni zamanda nə qaçış yolunu zədələməməli, nə də rəqib robotlara və insanlara zərər verməməli idilər.
Robot qaçışçılar ümumilikdə təxminən 3 saat 30 dəqiqə fəaliyyət göstəriblər. DroidVP və Noetix Robotics kimi Çin istehsalçılarının təqdim etdikləri robotlar müxtəlif forma və ölçülərdə olublar: Bəziləri 120 sm-dən alçaq, bəziləri isə 1.8 metr hündürlükdə idilər. Robotlardan biri qaçışa start xəttində üzü üstə yıxılaraq başlayıb, lakin bir neçə dəqiqə yerində qaldıqdan sonra hərəkətə keçib. Digəri isə bir neçə metr sonra məhəccərə çırpılıb, nəticədə onu müşayiət edən proqramçı da yerə yıxılıb. Robotlar arasında yarışı birinci olaraq Tiangong Ultra adlı robot başa vurub. O, 2 saat 40 dəqiqə 42 saniyə nəticə göstərərək ən yaxın rəqibinə təxminən 1 saat fərq atıb.

İnsan iştirakçılar arasında kişilər üçün ən yaxşı nəticə 1 saat 2 dəqiqə 36 saniyə, qadınlar üçün isə 1 saat 11 dəqiqə 7 saniyə olub. Təxminən 55 kq çəkisi və 1.8 metr hündürlüyü olan Tiangong Ultra yarışı 7-8 km/saat sürətlə başa vurub, baxmayaraq ki, o 12 km/saat sürətə qədər çata bilir. O, 5 min yuan (təxminən 700$) məbləğində pul mükafatı qazanıb. Gümüş və bürünc mükafatçılar müvafiq olaraq 4000 yuan (560$) və 3000 yuan (420$) mükafata layiq görülüblər. Qalib robota mükafatı başqa bir insanabənzər robot təqdim edib.

Mənbə: Reuters
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
Nike, idman avadanlıqları istehsalçısı Hyperice ilə tərəfdaşlıq çərçivəsində yeni nəsil ağıllı geyim - Nike x Hyperice idman ayaqqabısını və jiletini təqdim edib. Bu məhsulların məqsədi məşqlərin effektivliyini artırmaq, idmançıların bərpasını sürətləndirmək və onları fiziki aktivliyə başlamazdan əvvəl hazırlamaqdır.

Elm & Texnologiya
ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər
ABŞ Prezidenti Donald Trump hakimiyyətinin əvvəlində bəyan etmişdi ki, raket zərbələri ölkə üçün ən ciddi təhdiddir və onların qarşısını almaq üçün ABŞ ərazisinin tamamı İsrailin hava hücumundan müdafiə sisteminə bənzər “Qızıl Qübbə” ilə əhatə olunmalıdır.

Elm & Texnologiya
XPeng yenilənmiş Iron robotunu təqdim edib
Çinin XPeng şirkəti, avtomobil yığım xətlərində çalışan Iron adlı humanoid (insanabənzər) robotunun yenilənmiş versiyasını təqdim edib. Robot Turing adlı süni zəka çipi ilə təchiz olunub, 60 oynaq, 200 hərəkət azadlığı dərəcəsi və 3000 TOPS hesablama gücünə malikdir ki, bu da ona dəqiq manipulyasiyalar aparmağa, təbii şəkildə hərəkət etməyə və dialoqlar qurmağa imkan verir.

Elm & Texnologiya
Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb
Eyndhoven Texnologiya Universitetinin (TU/e) alimləri 4.6 km məsafədə naqilsiz infraqırmızı rabitə kanalı quraraq bu vasitə ilə saniyədə 5.7 Tbit sürətlə məlumat ötürə biliblər.

Elm & Texnologiya
İllərlə istifadə edilməyən SSD-lərdə məlumatlar silinə bilər
Uzunmüddətli məlumat saxlama üçün adətən maqnit disklərə əsaslanan klassik sərt disklərdən istifadə olunur, çünki bu, sadəcə olaraq daha ucuz başa gəlir.
Ən çox oxunanlar

Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
